Ədəb və Mədəniyyət

Əhmədi Miyanəcinin (rə) dilindən ixlas

Həqiqi ixlas

Siz İmam Zamanın (əc) nökərlərisiniz. Sizin vəzifəniz işlərinizdə və dərs oxumağınızda ixlaslı olmaqdır. Özünüzə İlahi təqvanı peşə edin. Hər növ günahdan çəkinin. Çünki, səadət təqvadadır və hər nə varsa, təqvadadır. Siz tələbələr bir neçə şeyə riayət etməkdə himmətli olmalısınız:

Birincisi budur ki, yaxşı yeyin ki, bədəniniz sağlam olsun. Sağlam ağıl sağlam bədəndə olur.

İkincisi; Ehtiyacınız olan qədər yatın. Çünki, yuxusuz adamın mütaliə etməsinin faydası da yoxdur.

Üçüncüsü; Heç vaxt vaxtınızı tələf etməyin.

Dördüncüsü; Günah etməyin.

Digər tərəfdən isə, Allah təqvalı insana bir neçə vədə vermişdir. Allah buyurub: “وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا” (“Təlaq” surəsi, 2-ci ayə) (Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər.) “إِن تَتَّقُواْ اللّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًا” (“Ənfal” surəsi, 29-cu ayə) (Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər.)

Biz təqvalı olsaq, insana çox şeylər verərlər. Allahın dərgahı paxıl deyil. Gecə namazı da sizə verərlər. “Kumeyl” duası oxumaq halını da sizə verərlər. Diqqətli olmaq lazımdır ki, hər bir şey günahı tərk etməkdədir.

İlahi, bizi təqvalı et!

Vəzifə olaraq yerinə yetirilməsi bizə lazım olan hər bir şey nəfsi istək üzündən olmasın. Əgər əməllərdə ixlasımız olsa, bütün vücudumuzla Allah üçün iş görsək, vücudumuzda və həyatımızda nur və bərəkət yaranar. Buna görə də, təqvanın dərəcəsi nə qədər ali olsa, ayırd etmə və “fürqan” (müəyyən etmə qüvvəsi) da daha yaxşı və daha ali olacaqdır.

İmam Hüseyn (ə) Kərbəlaya doğru hərəkət etdikdə, özlərini siyasətci bilən tayfa başçıları da ürəyi yananlıq üzündən İmamın (ə) getməsinə də mane oldular. Misal üçün, Abdullah ibn Cəfər, Muhəmməd ibn Hənəfiyyə və başqalarını göstərmək olar. O böyük şəxsiyyətlər yaxşı şey də deyirdilər; “İmam burada ol, təvaf et, namaz qıl, ibadət elə!” İmam Hüseyn (ə) buyurdu: -“Mənim bu günkü ibadətim budur ki, Allahın ixtiyarında olum”.

Belə cavab vermək yalnız məsumların (ə) şənindədir. Çünki, olduqca ali təqvadan bəhrələnirlər.

“Kumeyl” duasında belə deyilir: “یا رب قوّ على خدمتک جوارحى” (İlahi, Sənin Özünə xidmət etmək üçün mənə qüvvət ver!) Dualarda deyilir ki, İlahi ölüm anına qədər Öz nemətlərini bizdən alma! Gözümüz, qulağımız, əlimiz və ayağımız qüvvətli olsun ki, həyatda olduğumuz müddətcə ibadət halımız olsun.

Həzrət Əli (ə) buyurur: “Sənin xidmətinə”, İlahi, hamısı Sənin yolunda olsun. İnsan yalnız Allah üçün və Allahı xatırlayaraq nəfəs alsın. Hətta, alimlərin dediyinə əsasən, yeməyi də Allaha görə yesin. Heç bir işi özü üçün etməsin. “Ürəyim istəyir, onun üçün” olmasın. “Uşağım və arvadım istəyir, onun üçün” olmasın. Yalnız buna görə olsun ki, Allah istəyir.

İlahi! Bizi ruhumuzun nöqsanlarına, iman və əməllərimizin nöqsanına agah et. Sonra isə, bizi özünü islaha müvəffəq et.

Bəzən adam özü barədə belə düşünür ki, çox yaxşı adamdır. Bəzən belə təsəvvür edir ki, gecə namazı qıldığına görə, yaxşılar cərgəsindədir. Bir şəxs belə nəql edib: -“İmam Əli (ə) ilə Kufə şəhərində gedirdik ki, bir şəxsin uca səslə Quran oxuduğunu eşitdik. Elə Quran oxuyurdu ki, məni silkələdi. İmam Əli (ə) buyurdu: -“Bu səsin sahibi cəhənnəm əhlidir”. Sonradan o şəxs İmam Əlinin (ə) qarşısında qılınc çəkdi və Nəhrəvan döyüşündə öldürüldü”. Xülasə desək, çox çətindir. İnsan həmişə özünü Allahın pənahında qorumalıdır. Əgər belə olmasa, aqibətinin necə olacağı və bu insani nəfsin onu hara aparacağı məlum deyil. Görürsən ki, bir məqama yiyələnib, öz atasına etina etmir! Əlinə bir qədər pul çatdıqda, qohumlarla əlaqə yaddan çıxır. Artıq özünü böyük görür!

Buna əsasən, özümüzü Allaha tapşırmalıyıq. Həmişə Allahdan istəməliyik ki, bizə yardım etsin və bizi qorusun! İnşa Allah.

baxılıb: 411 dəfə