Ədəb və Mədəniyyət

İnsan hüquqları

İmam Hüseyn əleyhissalam buyurur: "Mənə o insanlar qoşula bilər ki, onların borcu yoxdur."

İmam Hüseyn əleyhissalam həmişə insan hüquqlarına diqqət yetirmiş, öz tərəfdarları və dostlarına da bunu vacib bilmişdir.

Bu borclu olma həm insanlara borclu olmaqdır, həm də Allah Taalaya borclu olmaqdır.
İnsanlara Borclu olmaq neçə cürdür, o cümlədən
1- Kimdənsə borc alıb və qaytarmayıb
2- Kimdənsə mal alıb pulunu qaytarmayıb
3- Kiməsə maddi ziyan vurub ziyanı ödəməyib
4- Ailəsinin və həyat yoldaşının xərcini vermir
5- Boynunda diyə və ya cərimə var onu ödəməyir
6- Nəyisə başqasına satacaq deyə pulu alıb, amma malı vermir
7- Kiminsə əmanəti bundadır sahibi istəyir, amma bu qaytarmır
...
Amma Allah Taalaya borclu olmaq boynunda qəzaların olmasıdır. Vacibləri vaxtında yerinə yetirməmiş insana vacibdir ki, həmin vacib əməllərin qəzasını yerinə yetirsin. Namazlarının qəzası varsa qılsın, Oruclarının qəzası varsa tutsun, boynunda Həcc qəzası varsa Həccə getsin...
Deməli, İmam Hüseyn əleyhissalama o adamlar qoşulublar ki, onların boynunda nə İlahi nə də insani borc olmayıb.
Aşura ziyarətnaməsində oxuyuruq:
يا ليتني كنت معكم فافوز فوزا عظيما
"Kaş mən də sizinlə olaydım və böyük feyzə (nemətə, ləzzətə) çataydım"
Bizim üçün bu fürsət vardır.
Qarşıda həzrət Sahibəzzaman əleyhissalamın zühuru vardır.
Biz o həzrətə qoşulmaq istəyiriksə bilməliyik ki, bizim boynumuzda nə İlahi və nə də insani borclar olmamalıdır.

baxılıb: 530 dəfə