Ədəb və Mədəniyyət

Din və əxlaq

Sual: Gozəl əxlaq cox təkid edilir. Bəs necə olmalıdır əxlaq? Din elə yerdə qəzəblən deyir elə yerdə sus. Əxlaqın meyar olçüsü nədir? Harda necə biruzə verilir əxlaq?

Cavab: 
Hər şeydən əvvəl “din” sözünün tərifinə diqqət yetirək.
“Din –hər bir insanın dünya və axirət səadətinə nail ola bilməsi üçün əxlaq, əqidə və şəriət göstərişlərindən ibarət olan və insan həyatının bütün sahələrini ehtiva edən İlahi qanunlar və bilgilər məcmuəsidir.”
Deməli, əxlaq dindən ayrı bir şey deyil, əksinə dinin özüdür. Odur ki, əxlaqa zidd olan dini göstərişin olması mümkün deyil. Əxlaq əsasən iki hissədən ibarətdir, ictimai əxlaq və fərdi əxlaq.
Din heç bir yerdə qəzəblənməyi, yəni əsəbləşməyi məsləhət görmür. 
Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Qəzəblənməyin (əsəbləşməyin) əvvəli dəlilik sonu isə peşmançılıqdır.”
Əxlaqi xasiyyətlər əsasən insanlarla münasibətlərdə daha çox özünü biruzə verə bilir. Hər bir şəraitə uyğun olaraq əxlaqi xasiyyətlər əxlaqlı insanda zahir olur.
Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: «Həqiqətən, mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm»
Kənzul-ummal 2517-ci hədis
İmam Cəfər Sadiq əleyhissalam buyurur: «Allah-Taala öz peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin». Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik»
Əmali, şeyx Səduq səh.118-ci səhifə
İmam Cəfər Sadiq əleyhissalam əxlaqi kəramətlər barədə buyurdu: «Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənə zidd olsa da»
Məanil-əxbar 191-ci səhifə

Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl xasiyyətlərin də üzə çıxmasını gözləyin»
Nəhcül-bəlağə 445-ci hikmət
İmam Cəfər Sadiq əleyhissalam buyurur: «Gözəl əxlaqi xüsusiyyətlər bir-birinə bağlıdır»
Əmali, Tusi 301-ci səhifə

baxılıb: 653 dəfə