Ədəb və Mədəniyyət

Həzrət İsa əleyhissalam əxlaq nümunəsidir.

25 Dekabr İsa peyğəmbərin təvəllüdü günüdür.

25 Dekabr həzrət İsa əleyhissalamın təvəllüdü günüdür.

Həzrət İsa əleyhissalamın adı Qurani-kərimdə çəkilmiş və həyatının müxtəlif sahələrindən bəhs edən onlarla ayə vardır. İsa əleyhissalam “ulul-əzm”, yəni daha güclü iradəyə və müstəqil dinə malik olan beş Peyğəmbərdən biridir.
Bu mövlud münasibətilə o həzrətin nümunəvi kəlamlarından təbərrük əldə edək.

Həzrət İsa əleyhissalam buyurub:

1- Dünya keçid körpüsüdür.

الدُّنيا قَنطَرَةٌ فاَعبُروها و لا تَعمُرُوها

“Dünya körpüdür, körpünü keçin və orada qalıb abadlıq etmək fikrində olmayın. (Yəni ömrünüzü yalnız dünya işlərinə aid etməyin, axirətinizi düşünün.)
əl-Əmali Şeyx Mufid 43-cü səhifə

2- Əməl əhli olun.

بِحَقٍّ أقولُ لَكُم : إنَّ الأجرَ مَحرُوصٌ عَلَيهِ و لايُدرِكُهُ إلاّ مَن عَمِلَ لَهُ

“Mən sizə həqiqəti deyirəm: Hər bir insan muzd (gəlir, qazanc) arzusundadır, ancaq bilin ki, muzd yalnız işi görənlərə (əməl əhlinə) veriləcəkdir.”
Mizanul hikmət 22083-cü hədis

3- Gecə namazı qılanlardan olun.

طُوبي لِلَّذينَ يَتهَجَّدونَ مِن اللَّيلِ ، اُولئكَ الّذينَ يَرِثونَ النُّورَ الدّائِمَ

“Gecənin axır hissəsini yuxudan durub ibadət edənlərin xoş hallarına! Onlar əbədi nurun varisləridirlər.”
Tuhəful Uqul 510-cu səhifə

4- Həqiqi dindarlardan olun.
 
إنَّ الشَّجَرَةَ لاتَكمُلُ إلّابِثَمَرَةٍ طَيِّبَةٍ كَذلِكَ لايَكمُلُ الدِّينُ إلّا بِالتَّحَرُّجِ عَنِ المَحارِمِ

“Ağacın kamilliyi onun meyvə yetişdirməsi ilə olduğu kimi dindarlığın da kamilliyi insanın bütün haramlardan çəkinməsi ilədir.”
Tuhəful Uqul 511-ci səhifə

5- Gözünüzü pis və haram baxışlardan qoruyun.

إيّاكُم وَالنَّظرَةَ فَإنَّها تَزرَعُ فِي القُلُوبِ الشَّهوَةَ و كَفي بِها لِصاحِبِها فِتنةً

(Haram) baxışlardan çəkinin, çünki qəlbdə istək və şəhvət toxumları səpir, həm də baxan üçün bu fitnə (onun bədbəxt olmasına) kifayətdir.
Tuhəful Uqul 502-ci səhifə

6- İnsanlar arasında sülh yaradın.
 
طُوبي لِلمُصلِحينَ بَينَ النّاسِ ، اُولئكَ هُمُ المُقَرَّبونَ يَومَ القِيامَةِ

“İnsanlar arasında sülh və barışıq yaradanların xoş hallarına! Qiyamət günü Allaha yaxın olanlar onlardırlar."
Tuhəful Uqul 501-ci səhifə

baxılıb: 467 dəfə