Ədəb və Mədəniyyət

Əxlaqlı insanın axirəti abaddır.

İmam Həsən əleyhissalam hikmətli cavabı.

 İmam Həsən əleyhissalamın təbəssümü

2-ci imam Həsən Müctəba əleyhissalamın şən təbiətli və zarafatcıl bir dostu var idi. O şəxs vaxtaşırı İmamın yanına gələrək öz məzəli sözləri və zarafatları ilə İmamın sevincinə səbəb olardı. Elə oldu ki, bir müddət həmin adamdan xəbər olmadı. Günlərin birində həmin şəxs yenidən peyda oldu və İmamın yanına gəldi.
İmam Həsən əleyhissalam ondan soruşdu: -Çoxdandır görsənmirdin, necəsən?
O dedi: -ey Peyğəmbərin (s) övladı! Mən elə bir haldayam ki, Allah istədiyi kimi deyiləm, şeytan istədiyi kimi də deyiləm və nə də özüm istədiyim kimi deyiləm.
İmam gülümsəyərək buyurdu: - Nə üçün?
Həmin şəxs dedi: - Çünki Allah Taala mənim Ona həmişə xalis itaət etməyimi və heç vaxt günah etməməyimi istəyir, halbuki elə deyiləm. Şeytan isə istəyir ki, mən heç vaxt Allah Taalaya itaət etməyim və daima günah edim, mən isə belə də deyiləm. (Bəzən Allahın da sözünə qulaq asıram) Özüm isə istəyirəm ki, heç vaxt ölməyim və həmişə yaşayım, amma belə deyil. (ölümümə az qaldığını bilirəm)
Bu vaxt orada olanlardan biri İmamdan soruşdu:
- Ey Peyğəmbərin (s) övladı!  Nə üçün bizim ölməkdən acığımız gəlir və ölmək istəmirik?
İmam Həsən Müctəba əleyhissalam buyurdu:
- Çünki siz axirətinizi bərbad (xarab) etmisiniz amma dünyanızı isə abad (təmirli və hər şəraiti olan) etmisiniz. Buna görə də abad etdiyiniz yerdən bərbad və xarab olan yerə getmək istəmirsiniz.

Biharul ənvar 44-cü cild 110-cu səhifə

baxılıb: 445 dəfə