Ədəb və Mədəniyyət

ELM BARƏDƏ MİSİLSİZ BİR HƏDİS!

Elm ilə əxlaq qarşılıqlı fayda məcmusudurlar.

ELM BARƏDƏ MİSİLSİZ BİR HƏDİS!
Əmirəlmöminin Əli əleyhissalam buyurur:

لعِلمُ أفضَلُ مِنَ المالِ بِسَبعَةٍ : الأَوَّلُ : أنَّهُ ميراثُ الأَنبِياءِ ، والمالَ ميراثُ الفَراعِنَةِ؛ الثّاني : العِلمُ لا يَنقُصُ بِالنَّفَقَةِ ، والمالُ يَنقُصُ بِها ؛ الثّالِثُ : يَحتاجُ المالُ إلَى الحافِظِ ، والعِلمُ يَحفَظُ صاحِبَهُ ؛ الرّابِعُ : العِلمُ يَدخُلُ فِي الكَفَنِ ، ويَبقَى المالُ ؛ الخامِسُ: المالُ يَحصُلُ لِلمُؤمِنِ والكافِرِ، والعِلمُ لا يَحصُلُ إلاّ لِلمُؤمِنِ؛ السّادِسُ : جَميعُ النّاسِ يَحتاجونَ إلَى العالِمِ في أمرِ دينِهِم ، ولا يَحتاجونَ إلى صاحِبِ المالِ ؛ السّابِعُ : العِلمُ يُقَوِّي الرَّجُلَ عَلَى المُرورِ عَلَى الصِّراطِ ، والمالُ يَمنَعُهُ

Minyətul Murid 110-cu səhifə
əl-Elm vəl-Hikmə fil-Qurani vəs-Sunnə 61-ci səhifə

"Elm 7 (yeddi) cəhətdən var-dövlətdən üstündür.
1- Elm Peyğəmbərlərin, var-dövlət isə fironların (zalım hakimlərin) mirasıdır. 
2- Elm xərcləndikcə azalmır, var-dövlət isə xərcləndikcə azalır. 
3- Var-dövlətin keşikçiyə ehtiyacı var, elm isə özü insanın keşiyini çəkir. 
4- Elm insanla birgə axirətə köçür, var-dövlət isə dünyada (başqalarına) qalır. 
5- Var-dövlət qazanmaq hamı üçün mümkün olan bir şeydir, elm və onun nuraniyyəti isə möminlərə məxsusdur. 
6- Hamı din məsələlərində elm sahibinə möhtacdır, var-dövləti olana isə bu sahədə heç kimin ehtiyacı yoxdur. 
7- Elm qiyamət günü «sirat»dan keçməyi asanlaşdırır, var-dövlət isə bunun qarşısını alır və asan-rahat keşməyə mane olur."

ALLAH TAALA BİZLƏRƏ "ELM VƏ HİKMƏT" NEMƏTİNİ NƏSİB ETSİN...

baxılıb: 518 dəfə