Ədəb və Mədəniyyət

Ədəb və ədəbli olmağın əhəmiyyəti

İnsanların hər bir ağıllı adamdan gözlədikləri və umduqları birincı şey ədəbli olmaqdır. Ədəbsiz insana camaat etiqad və etibar etmir, bundan əlavə onun öz etiqadını da bəyənmirlər.

Ədəbsiz adamın sözü insanlar üçün təsirsizdir, bəzən isə əks təsirə malik olur.

Əmirəlmöminin əli əleyhissalam buyurur:

“Hər bir şeyin ağıla ehtiyacı var, ağılın isə ədəbə ehtiyacı var.”

Gurərul-hikəm 425-ci hədis

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

ان اجلت فى عمرك يومين فاجعل احدهما لادبك لتستعين به على يوم موتك

“Əgər sənə xəbər verilsə ki, ömrünün bitməyinə cəmi iki gün qalıb, o iki günün birincisini ədəbinə həsr et ki, (ədəbin) ölüm zamanında sənin köməyinə çatsın.”

əl-Kafi 8-ci cild 150-ci səhifə

Həmçinin başqa bir hədisdə Əmirəlmöminin Əli əleyhissalam buyurur:

يا مومن ، ان هذا العلم و الادب ثمن نفسك فاجتهد فى تعلمها، فما يزيد من علمك و ادبك يزيد فى ثمنك و قدرك

 فان بالعلم تهتدى الى ربك و بالادب تحسن خدمه ربك

“Ey mömin! Həqiqətən bu elm və ədəb sənin qiymətin və dəyərindir, onları öyrənmək üçün çalışmalısan. Elmindən və ədəbindən nə qədər çoxalacaq və artacaqsa, bil ki, həmin qədər sənin qiymət və dəyərin artaraq çoxalacaqdır. Deməli, elm öyrənməklər Rəbbinə sarı hidayət olarsan və ədəbin ilə isə gözəl şəkildə Rəbbinin xidmətində olarsan.”

Biharul ənvar 1-ci cild 180-cı səhifə

Deməli, Elm insan üçün nəzəri köməkçidir, ədəb isə əməli köməkçi.

Başqa bir hədisdə isə Əmirəlmöminin Əli əleyhissalam buyurur:

من نصب نفسه للناس اماما فليبداء بتعليم نفسه قبل تعليم غيره ، ولْيكن تاديبه بسيرته قبل تاديبه بلسانه ، و معلم نفسه و مؤ دبها احق بالاجلال من معلم الناس و مؤ دبهم

“Kim özünü insanların rəhbəri, başçısı və yol göstərəni kimi görmək istəyirsə, başqalarını dil ilə ədəbləndirməkdən əvvəl özünü əməl ilə ədəbləndirsin. İnsanın özü özünə müəllimlik və tərbiyəçilik edən insan başqalarına müəllim və tərbiyəçi olan adamdan daha çox ehtirama layiqdir.

Nəhcül bəlağə 73-cü kəlam

baxılıb: 643 dəfə