Əxlaqi suallara cavablar

İradəmizi necə gücləndirək?!

Sual: İradəm çox zəifdir. Nə iş etmək istəyirəm edə bilmirəm. Bəzi pis adətlərim var, nə qədər çalışsam da onları etməyə gücüm çatmır. Qardaşım da belədir. Neçə ildir siqareti tərgizmək istəyir amma tərgizə bilmir. Deyir, iradəm zəifdir. Biz iradəmizi necə gücləndirə bilərik?! Xahiş edirik bizə yol göstərəsiniz.

Cavab:

İradəni gücləndirməyin yollarını açıqlamazdan əvvəl iradəsli insanı vəsf etmək yerinə düşər.

İradəli insan o şəxsə deyirlər ki, hər hansı bir iş barəsində yaxşı düşündükdən sonra o işi etmək qərarına gəlir və sabitqədəmliliklə o işi yerinə yetirir. Deməli, məsləhət olmayan işdə israr etmək və ya hər hansı işə düşünmədən dəlicəsinə təmayüllü olmaq sabitqədəmlilik sayılmaz.

Bunun müqabilində isə iradəsi zəif olan insanlar etmək istədikləri işdə kiçik bir problem çıxmaqla və ya azacıq bir çətinliyə düşməklə o işdən soyuyurlar, səy və çalışmaqlarını dayandırırlar...

Məsum rəhbərlərimiz və əxlad ustadları iradənin güclənməsi üçün aşağıdakı yolları tövsiyə ediblər:

1- Qiymətləndirmə:

Bu mərhələdə ardıcıl olaraq dörd gün və hər gün beş dəqiqə müddətində öz əməl və rəftarlarınızı imtahana çəkin və ölçün. Baxın görün bu gündə siz nələr etmisiniz və o işləriniz sizin iradənizdən nə qədər asılı ola bilib?! Hansı işinizdə iradəniz hansı həddə olub?! İradəniz istəyinizin baş tutması üçün sizə nə dərəcədə kömək edə bilib?! Həmçinin təyin edin ki, işlərinizin neçə faizi sizin iradəniz əsasında olub və neçə faizi sizin iradənizdən kənar olub?!

Eləcə də bu mərhələ sizə kömək edəcək ki, etdiyiniz əməllərdə iradənizdən nə qədər istifadə edə bilməyinizi aşkara çıxaracaq. Siz görəcəksiniz ki, siz tamamilə iradəsiz deyilsiniz. Bəzi işlərinizdə iradəniz sizə uğur qazandıra bilib. Deməli, sizdə iradənin, necə deyərlər, bazası mövcuddur.

2- Təlqin: (özünə bir fikiri aşılama)

İkinci mərhələdə təlqindən istifadə etmək lazımdır. Təqin iki cürdür, mənfi və müsbət.

Əvvəlcə özünüzdən pis təlqinləri uzaqlaşdırın. Məsələn: “Mənim işlərim həmişə yarımçıq olur” , “Heç bir işi sona çatdıra bilmirəm” , “hər kiçik şey mənim iradəmi sarsıdır” və sair bu kimi cümləri fikrinizdən və zehninizdən silin. Bu sözlər şeytanın vəsvəsələridir.

Bunun əvəzində isə, özünüzə “iradəmi gücləndirmək mənim üçün çox asandır” , “bütün səyimdən istifadə edib iradəmi gücləndirəcəm” , “ən zəif adamlar iradəsini gücləndiriblər, mən də bunu mütləq bacararam” və sair kimi cümlələri özünüzə təlqin edin.

3- Gündəlik proqram:

 Hər gün özünüz üçün iradənizdən asılı olan işlər planlaşdırın və bu işləri həvəslə, ciddiliklə və həqiqi səy göstərməklə yerinə yetirin. Amma elə edin ki, planlaşdırdığınız bu işlər sizin gücünüz və qüdrətinizdən kənar işlər olmasın. Məsələn,  hər gün sübh çağı bütün gününüz üçün proqram tərtib edin. Bu proqram mübaliğəli  və ifrat dərəcədə olmasın. Normal bir proqram olsun. Sonra bu proqrama əməl etmək üçün bütün bacarıq və səyinizi aşkara çıxarın, heç bir şeyin sizin istəklərinizə mane olmasına yol verməyin.

4- Tərəqqi:

İradənizə bağlı olan işlərinizin sayını və onlarln çətinlik səviyyısini tədriclə yuxarı qaldırın, çoxaldın.

5- Mühasibə: (özünə hesabat vermək)

Hər axşam yatmamışdan əvvəl gündəlik etdiyiniz işləri nəzərdən keçirin, görün onların hansılarında müvəffəq olmusunuz və hansılarında zəiflik etmisiniz. Onların hamısını qeyd edin, yəni yadda saxlayın. Müvəffəq olduğunuz işlər üçün şükr edin, amma zəiflik etdiyiniz işlərdəki acizliyinizi aradan qaldırmağı özünüzə söz verin.

6- Allah Taaladan kömək istəmək:

Burada axırıncı mərhələ, əslində bütün mərhələlərin kamal dərəcəsi sayılan bir məsələdir. O da budur: Bilməlisiniz ki, bizim bütün qüvvəmiz və gücümüz Allahdandır. Buna görə də hər bir işi etmək üçün əvvəlcə Allah Taaladan kömək istəməliyik, ikincisi, bizim iradəmiz gərək Allah Taalanın iradəsi cəhətində olsun, yəni Allah Taalanın iradə etdiyi işləri biz də iradə edək. Başqa sözlə, Allah Taalanın istədiyi işləri etməkdə iradəmizdən istifadə edək. Öz iradələrini Allah Taalanın istəmədiyi, yəni günah və haram işlərə sərf edənlər həm həyatda sabitqədəmlilikdən məhrum olurlar, həm də qarşıya çətinliklər çıxan kimi dayanır və sınırlar.

Amma əgər insan Allah Taalanın razılığını qazanmaq ardınca olarsa və onun istəyi yalnız halal və düzgün işləri etmək, həmçinin vəzifəsini yerinə yetirmək olarsa təbii ki, belə bir insan tədriclə dəmir iradəyə malik olacaqdır, heç bir işi uğursuz olmayacaqdır.

Deməli, iradənin güclənməsi tədrici olan bir işdir, birdəfəyə əldə edilmir. Bunun üçün davamlı və çoxlu çalışmaq, səy göstərmək lazımdır.

Həmçinin aşağıdakı işlər ümumilidə insanın iradəsinin güclənməsində böyük təsirə malikdirlər:

1) Oruc tutmaq

2) İdman etmək, xüsusilə dağlara çıxmaq

3) Nəfsani istəklərin əksinə əməl etmək. Məsələn: bir qonaqlıqdasınız, çoxlu yeməklər var, nəfsiniz sizi vadar edir ki, bütün yeməklərin dadına baxsınız, siz nəfsinizin istəyinin əksinə olaraq az yeməklə kifayətlənin, və sair.

4) İradəni zəiflədən işlərdən uzaq olmaq. Məsələn: çox yatmaq, tənbəllik, süstlük, bekarçılıq və sairdən uzaq olun.

5) Ağır və çətin işlərlə məşgul olmaq. Məslən: Bəzi ziyarətlərə piyada getmək, bir həftə nə ciddi nə də zarafatla yalan danışmamaq...

6) Gecə namazı qılmaq

7) Qurani-Kərimdən hər gün bir neçə səhifə oxumaq və ayələr barədə düşünmək

baxılıb: 821 dəfə