Əxlaqi suallara cavablar

Əxlaq mövzusunda 6 suala cavab:

1) - Əxlaq sözü üslub, xasiyyət, təbiət və səciyyə mənasında olan “xulq” və “xuluq” sözündən götürülmüşdür. Əxlaq yəni mənşəyi insanın daxilində olan xasiyyət və səciyyələr. Qurani-Kərimdə “xulq” deyil, “xuluq” sözü işlədilmişdir. Qurani-Kərim 68-ci Qələm surəsinin 4-cü ayəsində buyurur: اِنَّكَ لَعَلَي خُلُقٍ عَظِيمٍ

“(Ya Muhəmməd) Sən həqiqətən böyük əxlaqa mailksən.

İstilahi və terminoloji anlamda isə “əxlaq” insanın daxilindən qaynaqlanan  bütün hərəkət, rəftar və davranışlar, həmçinin bu xasiyyətlər barədəki fikir və nəzərlərindən ibarətdir. İstər yaxşı xasiyyət və fkirlər ola, istərsədə pis xasiyyət və fikirlər ola.

Əxlaq elə bir elmdir ki, insanın qəlbində qərarlaşan xasiyyətlərdən, bu xasiyyətlərdən qaynaqlanan hərəkət, rəftar və fikirlərdən, qəlbin mənfi (əxlaq elmi buna “rəzilə” deyir)  xasiyyətlərdən təmizlənməsindən, qəlbin müsbət (əxlaq elmində buna “fəzilə” deyilir) xəsiyyətlərlə əxlaqlanmasından, əbəbi səadət yollarını təqdim etməkdən və s. bəhs edir.

 

2) - Belə demək olmaz ki, islamda əsas vacib elm kimi əqidə və fiqh götürülür. Əxlaq həqiqətdə İslam dininin əsasını təşkil edir. Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

انما بعثت لاتمم مکارم الاخلاق

“Mən yalnız gözəl əxlaqi sifətləri tamamlamaq (insanlara göstərmək) üçün peyğəmbərliyə seçilmişəm.” Əxlaqsız insana cənnətdə yer yoxdur.

Sevimli Peyğəmbərimiz (s) başqa bir hədisdə buyurur: “Cənnət əhalisinin əksəriyyəti gözəl əxlaqına görə cəttədə düşmüş insanlar olacaq” .

Başqa bir hədisdə isə oxuyuruq: “Kimin əxlaqı daha gözəldirsə deməli, onun imanı daha çoxdur. Qiyamət günü əməl tərəzisində ən ağır gələcək yaxşı əməl gözəl əxlaq olacaqdır.”

Belə hədislərin sayı çoxdur. İnsanın əbədi səadəti üçün əqidə və şəriət müqəddimədirsə, əxlaq tamamlayıcı və həll edicidir. Əxlaqın pis olan insanın başqa əməlləri qəbul deyil. Əxlaq insanın əməllərinin qəbulu üçün ən əsas şərtdir.

 

 

3) –Əxlaq və təqva kəlmələrinin müqayisəsi mövzusunda isə deməliyik ki, Qurani-Kərimdə əxlaq sözü çox yerdə “təqva” kəlməsi ilə işlədilmişdir. Təqva yəni, pis xasiyyətlərdən təmizlənmiş qəlbin insana hər bir əməl vaxti onun rəftar və fikirlərinin düzlüyü üçün yol göstərən, insanı yaxşı işlərə sövq edən və pis işlərdən çəkindirən bir daxili qüvvə. Gördüyünüz kimi təqva özü də elə əxlaqı tərənnüm edir.

Qurani-Kərim 5-ci Maidə surəsinin 8-ci ayəsində buyurur:

اِعْدِلُوا هُوَ اَقْرَبُ للتقوي

“Ədalətli olun, çünki ədalətli olmaq təqvaya çox yanındır.”

Təqvaya ən yaxın xasiyyət ədalətdir. Ədalət olmayan insanın nə əxlaqı nə də təqvası ola bilməz. Əslində ədalət də əxlaq deməkdir. Ədalət sözünün mənası hər bir şeyi öz yerini qoymaq, hər bir rəftalir yerində etmək, daima haqqın tərəfində olmaqdır ki, elə əxlaq da budur. Bundan başqa ədalət də daxili və qəlbi xasiyyətdir ki, bu halda ədalət əxlaqı bir şöbədsidir desək yanılmarıq.

 

4)  -  Ərəb dilində “xulq” sözü ilə “xəlq” sözünün kök hərfləri və qaynaqları eynidir. خلق

Xəlq sözü insanın zahirinə, xulq sözü isə insanın daxilinə aid edilmişdir. Həzrət Muhəmməd səllAllahu əleyhi və alih bir hədisdə buyurur:

اَللهم حسن خُلقي كما حسنتُ خَلقي

“Allahım, mənim zahirimi gözəl etdiyin kimi, daxilimi də gözəl et.”

Deməli, əxlaq sözünün lüğət mənası ilə istilahi mənasının bir başa əlaqə və rabitəsi vardır.

 

5) - Cəmiyyətimiz bu gün əxlaqi böhran içindədir. Bunun bir çox səbəbləri vardır:

a- İnsanların əxlaqi dəyərlərdən uzaqlaşması və əxlaqi maarifsizlik.

b- Qərbin mədəni hücumu.

c- İnsanların dünyaya bağlılığının artması.

ç- Cəmiyyətdə əxlaqsızlığın və ədəbsizliyin hər tərəfli şəkildə yayılması.

d- Ədəb və əxlaqdan kənar olan insanların cəmiyyətə ülgü və ideal kimi təqdim edilməsinə cəhdlər göstərilməsi.

e- Əxlaq ustadlarının və əxlaqi dəyərləri təbliğ edən insanların azlığı.

ə- Heç bir qurumun ölkədə əxlaqın maarifin yayılmasına maraq göstərməməsi.

j- Cəmiyyətdə gizli qüvvələr tərəfindən əxlaqi dəyərlərin əleyhinə güclü təbliğatın aparılması.

 

6) - Bunu bilməyimiz vacibdir ki, “avropa mədəniyyəti” heç də əxlaq mənasında deyil. “Avropa mədəniyyəti” avropalıların rəftar və davranış tərzi deməkdir, bu rəftar və davranışların mənfi ya müsbətliyini nəzərə almadan. Yəni avropalılar necədirlərsə siz də elə olun. Avropalıların həyat tərzi nəfsani istəklərin qeydsiz və şərtsiz insanların vücudunda hakimiyyət etməsindən ibarətdir. Avropada ilahi əxlaq deyilən mövzu yoxdur. Avropadakı əxlaq isə “ictimai əxlaq”dır. İctimai əxlaq, yəni heç kim səni görməyən yerlərdə necə olursan ol, amma ictimaiyyət arasında özünü yaxşı apar, zahiri ədəblərə riayət et...

Halbuki islam dini tələb edir ki, insanın rəftar, davranış və fikirləri onun qəlbindən qaynaqlanmalıdır. Hər bir insan cəmiyyət arasında necədirsə, təklikdə də elə olmalıdır. İnsanın əməlləri hansısa dünyəvi məqsədlər üçün yox, Allaha görə olmalı və insanın daxilindən gəlməlidir. İslam dini insanlarla süni rəftar və davranışları qəbul etmir. İslam dininin bütün dünya əhalisinin əxlaqi təlabatı üçün cavabları, və insanların əxlaq sayəsində əbədi səadətə, dünya və axirət xoşbəxtliyinə nail olmaları üçün çoxlu sayda göstərişləri, təkilfləri, tövsiyyələr, nəsihətlər ... vardır.

baxılıb: 1084 dəfə