Əxlaqi suallara cavablar

İnsanın talehi öz əlindədir.

İnsan malik olduğu ağıl və dərk etmə ilə bütün varlıqlardan fərqlənir.


SUAL:
Salam. Meni bir sual maraglandirir. Qismetle bagli. Tutagki ALLAH bir insani qismetime yazib evleneceyin insani onu qarwima cixarir amma menim sehlenkarlig ve ya hansisa sebebden dolayi o menim deyil bawqasinin qismeti olur. olar bele bir wey?
Cavab:
aleykum Salam və rəhmətullah.
İnsan Allah Taala tərəfindən "ixtiyarı özündə olan bir varlıq" kimi yaradılmışdır. İnsanın həyatında olan ixtiyarlılığı 2 yerdə insanın əlində deyil.
.
1- Dəyişdirilməsi insanın əlində olmayan şeylər (məsələn: ata-anasının kimliyi, hansı millətdən olması, harada dünyaya gəlməsi, kimin nəslindən olması...)
2- Allahın vacib etdiyi şeylərə zərər vura bilməsi mümükün olmayan veylər (məsələn: Quranı yer üzündən yox etmək, Kəbə evini yer üzündən silmək...)
.
Yerdə qalan mövzular yəni fərdi və ictimai şeylərin hamısı insanın öz əlindədir. İnsan özü-özünün həm fərdi həm də ictimai həyatını necə qurmaqda azaddır.
Allah Taala heç kimin həyatına yazmayır ki, bu adam evlənməsin. İnsanın evlənməməsi ya gec evlənməsi ya istəmədiyi şəxs ilə evlənməsi tamamilə insanın özündə ya başqa insanlardan olan səbəblər üzündəndir. Yəni bəzən insan özü səbəbkardır, bəzən isə başqa insan ya insanlar buna səbəbkardırlar. Belə ki insanın heç bir fərdi və ictimai işlərinin necəliyində Allah Taalanın tamamilə təqsiri yoxdur, və heç bir uğyrsuzluğun səbəbini Allah Taalada görmək olmaz. Bu, Allaha böhtan atmaq vəAllaha bəd gümanda olmaqdır.
.
Qurani Kərim 21-ci Ənbiya surəsinin 23-cü ayəsində buyurur:
لَا يُسْلُ عَمَّا يَفْعَلُ وَ هُمْ يُسْلُونَ-
"(Qiyamət günü) Ondan (Allahdan) heç bir şey soyuşulmayacaq amma sizdən soruşulacaq."
.
Biz bilirik ki, Qiyamət günü hər bir insan məsul (cavabdeh) olduğuna görə sorğuya çəkilməlidir. Çünki Qurani Kərin 37-ci Saffat surəsinin də buyurur:
وَ قِفُوهُمْ إِنهَّم مَّسْولُونَ
"(Qiyamət günü nida edililəcək:) Saxlayın onları! Onlar cavabdehdirlər."
.
Yəni insanlar etdiyi işlərə görə cavab verməlidirlər. Amma ən böyük məsul olan Allah Taaladan heç nə soruşulmayacaq.
Nə üçün? Çünki Allah Taala öz vəzifəsini tam olaraq terinə yetirmişdir.
Hər şey insanın öz əlindədir. Quranı Kərim 4-cü Maidə surəsinin 105-ci ayəsində buyurur:
يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ عَلَيْكُمْ أَنفُسَكُمْ
"Ey iman gətirənlər, sizin özünüzü özünüzə tapşırırıq (özünüzdən muğayat olun)."
Deməli, insanın taleyi öz əlindədir, və insanın heç bir uğursuzluğunun müqəssiri Allah Taala deyil. Buna görə də heç bir işdə Allah Taalaya etiraz etmək olmaz.
.
Elə isə yol nədir?!
Yol, Çalışmaq çalışmaq yenə də çalışmaq!
Qurani Kərim 53-cü Nəcm surəsinin 39-cu ayəsində buyurur:
وَ أَن لَّيْسَ لِلْانسَانِ إِلَّا مَا سَعَى
"İnsan üçün çalışmaqdan başqa yol yoxdur (yəni insan əldə etdiyi hər şeyi yalnız çalışması nəticəsində əldə etmişdir)."
Allah Taalaya çoxlu dualar edin, təki Allah Taala sizin qarşınıza yeni zəminələr çıxarsın, siz də çalışın həyatda əlinizə düşən fürsətdən yararlana biləsiniz.
Allah Taala sizi müvəffəq eləsin!
 

baxılıb: 1492 dəfə