Əxlaqi suallara cavablar

NƏ ÜÇÜN BƏZƏN MƏNƏVİ MƏSƏLƏLƏRDƏ ZƏİFLƏYİRİK VƏ İMANIMIZ AZALIR?!

İnsan tövbə edərək İlahi yola qədəm qoyduqda var gücü və tam həvəsi ilə ibadətlərə başlayır. Amma zaman keçdikcə insanların bəzilərində soyuma ya sanki inamın azlığı müşahidə edilir.

Bunun səbəbləri çoxdur, o cümlədən:

1- İnsanın Allah Taala yolunda sabit və fərəhli qalmasına əsas səbəblərdən biri ətrafındakı insanlardır. Yaxşı və imanlı-əxlaqlı dostları olan şəxs İlahi yolda hamişə güclü və iradəli olur. Amma dostları imandan və ya əxlaqdan uzaq olan insan tədriclə öz imanında sönüklük müşahidə edir.
Buna görə də çalışın ətrafınızda əxlaqlı və imanlı dostlar olsunlar.

2- İnsanın ruhu telefonun batareyası kimidir, güc azaldıqca onu necə deyərlər zaryadkaya qoymaq lazımdır. Yoxsa telefon işləməyəcək. İnsan da belədir. İnsanın zaryadkası yəni gücü Moizədir. İnsan Moizədən uzaq olduqca onun ruhunda güc zəifliyi əmələ gəlir ki, bu da insanın özündə İbadət və İtaətlərə süstlük və tənbəllik gətirir, ruh düşkünlüyü yaranır.
Çalışın vaxtaşırı moizələr dinləyin, Qurani-Kərimi düşünərək oxuyun…

3- Günah əməllər istər qulaq asmaqla olsun, istər danışmaqla, istər baxmaqla, istər eməklə... insanın ruhunu zəiflədir, insandan mənəvi gücü alır.
Çalışın əməl və hərəkətlərinizə nəzarət edəsiniz ki, günah etməyəsiniz. Bunun üçün yaxşı olar ki, bütün günahların siyahısını yazın və onlardan uzaq olmağa çalışın.

4- Dünyəvi məsələlərə və maddiyyata həddindən çox bağlanmaq və aludə olmaq insanı İlahi məsuliyyətlərdən uzaqlaşdırır, axirətə inamı azaldır.
Çalışın dünya işləriniz ilə axirət işləri arasında tərəzinin iki gözü kimi mötədillik yaradasınız.

5- Dua etmək insana fövqəladə bir güc gətirir, Allah Taalaya çoxlu dua edin, sizi düşdüyünüz vəziyyətdən çıxarması üçün Allah Taaladan yardım istəyin.

Allah Taala hamınızın qəlbini salamat, imanını kamil etsin!

baxılıb: 695 dəfə