Yeniyetmə əxlaqı

Allaha təvəkkül edək

Allah bizə kifayər edər, O ən yaxşı vəkil, ən yaxşı dost və ən yaxşı yardımçıdır

"6 yaşlı Nuriyə mağazaya daxil oldu və satıcıya təbəssüm edərək dedi:
-Salam, Həsən dayı. Anam bu kağıza alınmalı şeyləri yazıb və pulunu da mənə verib. Mənə bu yazılanları verin.
Satıcı qız uşağından pulu və siyahını alıb oraya yazılmış şeylərin hamısını bir səbətə qoydu və qıza verərək dedi:
-Şirin bala, ananın sözünə baxdığına və anana kömək etdiyinə görə sənə mükafat verirəm. Əlini uzat o qabın içindən bir ovuc şokolad götür.
Qız sakitcə durub şokalada baxmağa başladı.
Satıcı dedi: Nuriyə, balam, utanma əlini uzat bir ovuc şokolad götür.
Qızcığaz dedi:
-Mən götürə bilmərəm, olarmı siz mənim üçün o qabdan bir ovuc şokolad götürəsiz?!
Satıcı təəccüblə dedi:
-Qızım, nə üçün özün götürmək istəmirsən? Məgər sənin götürməyinlə mənim götürməyimdə nə farq var ki?!
Qızcığaz təbəssümlə dedi:
-Axı sizin əliniz çox böyükdür, sizin ovucunuza daha çox şokolad sığar."

Bəli, dostlar, biz həmişə istəyirik hər şeyi özümüz seçək, hər şey öz istəyimizə uyğun olsun.
Amma daha yaxşı olmazmı ki, bəzi şeyləri Allah Taalanın ixtiyarına buraxaq?! 
Axı hər halda Onun ovucu daha böyükdür!!!
Həyatda Allah Taalanın bizlər üçün seçimi daha yaxşı deyilmi?!

baxılıb: 480 dəfə