Yeniyetmə əxlaqı

Kamillik yolu

Bismillhın sirlərindən biri

.

Bismillahir-rəhmanir-rəhim ayəsinin sirlərindən biri də budur ki:

.

1- Bismillah, yəni başlayıram Allahın adıyla və bu yolda müvəffəq olmaq üçün Ondan kömək istəyirəm.

İnsan bu dünyaya ona görə gəlib ki, kamillik məqamına çatsın və mənəvi təkamülə yetişsin, beləliklə də özünün əbədi axirət mənzilini qursun. Bu tərəqqi yoluna insan Allahın adı ilə başlamalıdır, eyni zamanda Allahın adı yalnız başlanğıcda çəkilməklə məhdudlaşmamalıdır, insan son məqamına qədər Allaha sığınaraq irəliləməlidir, bu işində müvəffəq olması üçün Allahdan daima kömək istəməlidir.

.

-Yaxşı, bəs yolun başlanğıcı haradır?

.

2- ər-Rəhman.

Başlanğıc Rəhman adıdır. Rəhman, yəni Allah bizləri həyata gətirib bizə göz, qulaq, ağıl, əl-ayaq verib; Yer üzündə nə varsa hamısını bizim üçün yaradıb (Bəqərə-29); Yerin altını və üstünü zahiri və batini nemətlərlə doldurub və onların hamısını bizim ixtiyarımızda qoyub (Loğman-20) ; Günəş bizim üçün saçır, küləklər bizim üçün əsir, yağış bizim üçün yağır ...

Rəhmanın mənası budur: -bizlərə sayzısız hesabsız nemətlər verən Allah (İbrahim-34).

Bəşərin kamilliyə doğru yolunun başlanğıcı Rəhman adıdır, yəni Allah Taala insana onun ən kamil məqama çatması üçün lazım olan hər bir maddi və mənəvi, zahiri və batini nemətləri verib.

.

3- ər-Rəhim.

 Tərəqqi və təkamülün ən yüksək zirvəsi Rəhim adıdır. Rəhim, yəni Rəhmanın bizə verdiyi nemətlərin hamısından Onun razılığı ilə və onun istədiyi şəkildə istifadə edirik, bunun əvəzində isə O, bizim kamilliyə çatmaq yolumuzdakı səy və təlaşlarımızı dəyərləndirərək bizlərə mükafat verir.

Rəhman, bizlərə qulaq, göz, ağıl, əl-ayaq ... verir, əgər biz onları Allah istədiyi tərzdə istifadə etsək, Rəhim bizi mükafatlandırır.

Rəhmanın nemətlərindən Allahın istədiyi yolda, yəni kamillik və Ona yaxınlaşmaq yolunda –ömür fürsəti boyunca-  kim nə qədər düzgün istifadə edəcəksə, həmin şəxs Rəhimin bir o qədər mükafatına layiq görüləcəkdir.

Allahın Peyğəmbərləri, xüsusilə həzrət Muhəmməd və o həzrətin Əhli-beyti (Allahın salamı olsun onların hamısına) bütün varlıqlarını Allaha həsr etdikləri üçün (Ənam-162), yəni Rəhmanın onlara bəxş etdiyi nemətlərin hamısını Onun yolunda sərf etdikləri üçün, Rəhimin bütün mükafatlarına layq görülmüşlər. (Fəcr-30)
Odur ki, Allah Taala minlərə mübarək ad və sifətlərinin içində yalnız Rəhman (bizə nemətlər verən) və Rəhim (nemətlərdən düzgün istifadə etsək bizi mükafatlandıran) adını iman əhlinin şüarı olaraq qərar vermişdir.

baxılıb: 292 dəfə