Yeniyetmə əxlaqı

Dünya sevgisi qəlbin örtüyüdür


Əlləri yağlı olan şəxs dəstəmaz almaq istəsə əvvəlcə əlindəki yağı təmizləməlidir ki, su əlinin dərisinə dəysin. Çünki yağlılıq suyun ələ dəyməsinin qarşısını alır. Əgər əllər yağlı halda dəstəmaz alınarsa həmin dəstəmaz batildir.
İnsanın ürəyinə, qəlbinə hopmuş "dünya məhəbbəti" də həmin yağlılıq kimidir. Su isə Allah Taala ilə ünsiyyət misalındadır.
Dünya məhəbbətinin yağlılığı qəlbin üzərindən təmizlənməyincə Allah Taala ilə ünsiyyət suyu həmin qəlbə yayılmayacaq.
Əgər biz Allah Taala ilə ünsiyyətdən və Onunla eşq münacatından ləzzət almaq istəyiriksə əvvəlcə qəlbimizin üzərinə yayılmış dünya məhəbbəti yağlılığını təmizləməliyik ki, Allah Taala ilə ünsiyyət suyu qəlbimizsə sirayət etsin.
 

baxılıb: 246 dəfə