Yeniyetmə əxlaqı

Tövhid kəlməsinin mənası

Allah Taala Qurani-kərimin Nisa surəsinin 79-cu ayəsində buyurur:

 

مَّا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللَّهِ  وَ مَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ

 

“(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə sənin özündəndir”.

.

Tövhidin mənası budur ki, sən xeyir və yaxşılıqların hamısının Allah tərəfindən olduğunu biləsən, şər və pisliklərin isə heç birini Allaha nisbət verməyəsən, Allahı günahlandırmayasan.

Kimsə soruşa bilər ki, əgər Allah məni azad və muxtar (ixtiyar sahibi) yaradıbsa, bəs nə üçün xeyir işlərim də pis işlərim də mənim özümdən olmasın?! Yox, əgər məcburamsa nə üçün xeyir və pis işlərim Allahdan olmasın?!

Həqiqət budur ki, pisliklər insanın özündəndir, onun günahları səbəbindəndir. Ancaq yaxşılıqlar Allah tərəfindəndir, Allahın mərhəmət və lütfü səbəbindəndir.

Nə üçün?

Baxın, gündüz vaxtı yer üzünün işığı yerin özündəndir yoxsa günəşdəndir? Nurun (işığın) bir zərrəsi belə yerin özündən deyil; əksinə, nurun (işığın) hamısı günəşin vasitəsi və səbəbilədir.

Yaxşı, bəs gecənin qaranlıq və zülməti necə? Qaranlıq və zülmətin səbəbkarı günəşdir?

Xeyr, yer üzünün qaranlıq və zülməti yerin fırlanması və günəşdən üz döndərməsidir.

Deməli, pisliklər qaranlıq və zülmətdəndir, yəni insanın günahları, cəhaləti və təkəbbüründəndir. Başqa sözlə insanın düçar olduğu qaranlıq və zülmətlər onun Allahdan üz döndərməsindəndir.

Halbuki, xeyir və yaxşılıqlar ağılın nurundandır, nur və işıqların hamısı (islam, quran, peyğəmbərlər, imamlar, vəlilər, elm, ağıl, hidayət...)  Allahdandır.

“Allah göylərin və yerin nurudur” (Nur surəsi 35-ci ayə)

baxılıb: 21 dəfə