Yeniyetmə əxlaqı

Min aydan üstün olan -Gecə

İmam Cəfər Sadiq əleyhissalamdan Qədr surəsinin 1-ci ayəsi olan "İnna ənzəlnahu fi leylətil qədr" biz onu (Quranı) Qədr gecəsi göndərdik ayəsi barədə soruşulduqda

İmam Cəfər Sadiq əleyhissalam buyurdu: 
"Qədr" kəlməsindən məqsəd ALLAH TAALAdır, "leylə" (gecə) kəlməsindən məqsəd isə Fatimə əleyhasalamdır. Kim Fatiməni layiqincə dərk edə bilərsə, onda o şəxs Qədr gecəsini də dərk edə bilər. Allah Taala xanım Fatiməyə ona görə "Fatimə" adı verib ki, insanlar o xanımı layiqincə tanımaq ümidindən qırılıblar."
.
Bu hədis ən qədim təfsirlərdən olan "Furat Kufi" təfsirində Qədr surəsinin təfsiri hissəsində qeyd edilmişdir. Başqa bir çox sənədlərdə də bu hədis mövcuddur.
Xanım Fatimə həqiqətən də Allah Taalanın Qədr gecəsidir. Qədr gecəsi sirli oldugu kimi Fatimə əleyhasalam da sirli bir varlıqdır və heç kimin ağılı Qədr gecəsini dərk etməyə çatmadığı kimi xanım Fatimə əleyhasalamı da dərk etməyə çatmaz.
Əgər bir kəs Qədr gecəsini dərk edə bilərsə, deməli xanım Fatimə əleyhasalamın da məqam və səviyyəsini dərk edə bilər.
Dahi təfsir ustadı Ayətullah Cəvadi Amoli bu hədisin təfsirində buyurdu:
"Hədislərdə harada hər hansı məsum başqa bir məsumu tərif yəni təqdim edərək tanıtdırırsa bu xüsusiyyət onun özü də daxil olmaqla bütün məsumlara aiddir. Məsələn, əgər Peyğəmbər(s) buyurursa ki, "Hüseyn(ə) nicat gəmisindir..." Peyğəmbər(s) özü də və o biri İmamlar da(ə) xanım Fatimə(ə) nicat gəmisidirlər. Eləcə də bu hədis. Kim Fatiməni layiqincə tanısa qədr gecəsini dərk edər, eləcə də kim Peyğəmbəri(s) və məsum İmamları (ə) layiqincə tanısa Qədr gecəsini də tanıyaraq dərk edər."
.

Səhih hədislərə əsasən sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih, xanım Fatimə əleyhasalam, həmçinin məsum İmamlar əleyhimussalam da Qədr gecəsidirlər.

14 Məsum (onların hamısına Allahın salamı olsun) Qədr gecəsi olmaq məqamına yüksəlmişlərsə deməli, onların yolunu gedən möminlər, yəni onların tələbələri və şagirdləri də Qədr gecəsi ola bilərlər.

Bizim batinimizdə də gecə hökm sürür. Amma bu nə gecədir?!

- Bizim ağızımızda başqalarının qeybətini etməklə, söyüş söyməklə, yalan danışmaqla, kobud sözlərlə, böhtan atmaqla... zülmət GECƏ hökm sürür.

- Bizim fikir və düşüncələrimizdə başqaları barədə fis fikirlər, bəd gümanlar, pis niyyətlər, günah etmək üçün planlar qurmaqla ... zülmət GECƏ hökm sürür.

- Bizim qəlbimizdə əməllərdə riyakarlıq, özünügöstərmə, heç kimi bəyənməmək, özünü hamıdan ağıllı bilmək, şəriətdə səhv tutmaq, çoxlu sayda İslam və Quran məsələlərinə şəkk etməklə ... qaranlıq GECƏ hökm sürür.

- Bizim qarnımızda oranı heyvanların ət və sair məhsullarının qəbirsanlığına çevirmək və sair ilə qaranlıq GECƏ hökm sürür.

.

Deməli, biz də GECƏ qazanmışıq, biz də GECƏyə çevrilmişik,

amma bizim qazandığımız "gecə" Qədr gecəsi deyil, "Qəbir gecəsidir"

Biz öz vücudumuzu Qəbirsanlığa çevirmişik.

Əgər biz QƏBİR gecəsindən qurtula bilsək, onda QƏDR gecəsinə daxil ola biləcəyik.

Onda bizim bütün vücudumuzu, başqa sözlə batinimiz, qəlbimiz, fikirlərimiz və qarnımızı bürüyən GECƏ həqiqi Qədr gecəsi olacaq,

Batinimizdəki gecə min aydan daha xeyirli olacaq,

Mələklər bizə enəcəklər,

Mələlkər bütün gecəni bizə Salam söyləyəcəklər.

Qurani-Kərim 22-ci Həcc surəsinin 5-ci ayəsində buyurur:

 

مِنكُم مَّن يُرَدُّ إِلىَ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْ

 

"Sizlərdən bəziləriniz qocalanda biliklərinizi itirir unutqanlıq və yadaşsızlığa düçar olursunuz."

Bu ayənin mənası barədə Peyğəmbərimizdən(s) soruşdular.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

 

الا قلبا قد راي القرآن

 

"Qəlbini Quran üçün qaba (Quranın daxil olmasına şərait yaradılmış yerə) çevirmiş insanlardan başqa..."

Deməli, biz Qədr gecəsi qəti qərar verib həqiqi tövbə edərək özümüzdəki bütün qüsur və yanlışlıqları Quran həqiqətləri ilə yaxşı və salehə dəyişdirsək,

onda Bizim batinimiz daima nur saçacaq,

biz də Əhli-beyt əleyhimussalam kimi Qədr gecəsi olacağıq.

 

baxılıb: 109 dəfə