Yeniyetmə əxlaqı

Paklıq ayı -Ramazan


Ramazan ayının adlarından biri "Şəhrut təhur"dur. Yəni paklıq ayı. Təhur o şeylərə deyilir ki, həm özü pakdır (təmizdir) həm də başqalarını paklayandır (təmizləyəndir).
.
Bir nəfər İmam Zeynul Abidin əleyhissalamdan soruşdu:
-Ya İmam, Allah Taalanın minlərlə adının içində ən gözəli hansıdır?
İmam Zeynul Abidin əleyhissalam buyurdu:
-Ya Əthərət tahirin, yəni "ey Pakların ən Pakı."
.
Bir dəfə mübarək Ramazan ayının astanasında peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih məscidə gəldi. Moizə etmək üçün minbərə çıxmamışdan əvvəl 3 dəfə buyurdu:
- “SübhanƏllah, ey camaat bilirsinizmi nəylə qarşılaşırsınız?!”
Bir nəfər ayağa qalxaraq dedi: -“Ei Allahın Peyğəmbəri, vəhy gəlib?”
Başqa birisi dedi: -“Düşmən hücuma keçmək istəyir? Nə üçün 3 dəfə o cümləni dediniz?”
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu: -“Xeyr, nə vəhy gəlib, nə də düşmən hücum edib, əksinə mübarək Ramazan ayı gəlir. Bu ayda bütün qiblə əhli, yəni bütün müsəlmanlar bağışlana bilər.”
Məsciddəkilərdən biri dedi: -“Elə şey olar?! Bir ayın işində hamının günahları necə bağışlana bilər?”
Peyğəmbər (s) buyurdu: -“Bunu qəbul etmək sənə belə çətin gəldimi?” Sonra Peyğəmbər (s) minbərə çıxdı, 3 dəfə ucadan “Amin” dedi.
Camaat soruşdular: -Ey Allahın Peyğəmbəri, nə üçün 3 dəfə amin dediniz?
Peyğəmbər (s) buyurdu:- Elə indi həzrət Cəbrail mənə xəbər verdi ki:
“ Ya Muhəmməd! Bu mübarək ayda üç dəstə adamdan başqa hamı bağışlana bilər. Bağışlanması mümkün olmayanlar
1- Valideyninə ağ olanlar,
2- Sənə qəsdən salavat göndərməyənlər,
3- Bu ayı vecinə almayanlar, bu aydan bəhrələnmək istəməyənlərdirlər.”
.
Bəli, bu mübarək ayı daha yaxşı tanımalıyıq. Bu ayın fürsətlərindən ən yüksək səviyyədə istifadə etməliyik. Elə etməyək ki, mübarək Ramazan ayının necə qurtaqmasından xəbərimiz olmaya.
Təsəvvür edin ki, içi boş olan bir butulkanı ağzını ağlayaraq dənizə atsaq, həmin butulka dənizdə 1 ay qaldıqdan sonra onu sudan çıxartsaq görəcəyik ki, onun içinə 1 damcı su belə dolmayıb. Onun içinə hətta bir damcı suyun dolmaması dənizin problemi deyil, həmin butulkanın problemidir.
Elə isə orucumuzu yalnız yeməkdən və içməkdən çəkinməkdən ibarət etməyək. Bütün cismimiz və ruhumuzla, fikrimizlə, qəlbimizlə oruc tutaq.
 

baxılıb: 82 dəfə