Yeniyetmə əxlaqı

Həqiqi ruzi

Gözəlliklər və Yaxşılıqlar ruzisi
.
Ruzi əslində ümumi bir məna daşıyan məfhumdur.
-Bilirsənmi ki, Sənin qıldığın Namaz Allah Taala tərəfindən sənə bəxş edilmiş ruzidir?!
Nə qədər insanlar var ki, namaz qılmırlar.
.
-Səhər - axşam oxuduğun dua və zikrlər ruzidir.
Və ya gecə yatıb gecənin bir zamanında yuxudan təkbaşına və saatın, telefonun zəngi çalınmadan yuxudan durursan, dəstəmaz alıb namaz qılırsan, bax bu da Allah Taala tərəfindən sənə bəxş edilən ruzidir.
Çünki nə qədər insanlar var ki, bütün gecəni yatırlar və dura bilmirlər.
.
-Hansısa çətinliklər və problemlər ilə üzbəüz qalırsan, Allah sənə səbir verir ki, onlardan gözünü yumursan və nicat tapırsan, bax bu da Allah Taalanın sənə verdiyi ruzidir.
.
-Evdə əlinə stəkanı alıb atana, ya anana ... su veririsən ki, içsin, bax bu da Allah Taalanın sənə verdiyi ruzidir.
.
Bəzən elə olur ki, namaz ərəfəsində namaz qılmağa halın olmur, qəflətən özünə gəlirsən, səndə ruh yüksəkliyi yaranır və şövqlə namazını qılırsan, bax bu şövq də Allah Taalanın sənə bəxş etdiyi ruzidir.
.
Birdən Zamanın İmamı yadına düşür, onun üçün ürəyin darıxır, onun salamatlığına və zühurunun tezləşməsinə görə salavat deyirsən.....
.
Həqiqi ruzi bax budur.
Gözəlliklər və yaxşılıqlar ruzisi,
.
daha maşın, maddiyyat, vəzifə, pul... yox. Çünki bunlar elə şeylərdir ki, Allah bunları hamıya verir, Onu sevənlərə də sevməyənlərə də, Ona iman gətirənlərə də Ona kafir olanlara da.
.
Amma gözəlliklər və yaxşılıqlar ruzisini Allah Taala yalnız Öz dostlarına verir.
.
İlahi, ey mənim Rəbbim
.
Mənim cismimi, zahirimi gözəl etmisən,
mənim əxlaqımı da, xasiyyətlərimi də, əməllərimi də gözəl və yaxşı et.

baxılıb: 111 dəfə