Yeniyetmə əxlaqı

Daha bir ibadət əxlaqı

Görəsən bizim qıldığımız namazlar bizi Qəbr evində əzabdan qurtara biləcəkmi?


.
20-ci əsrin dahi əxlaq ustadı Məliki Təbrizidən soruşdular: -Agacan, görəsən bizim qıldığımız namazlar Qəbirdə bizi kömək edəcəkmi? 
Buyurdu: "Bunu bilmək çox asandır. Bax gör, əgər sübh namazı səni günorta namazınadək günahlardan saxlaya bilirsə, eləcə də zöhr namazı səni axşamadək və axşam namazı səni səhərədək günahlardan saxlaya bilirsə deməli bu namazlar səni qəbr evində əzabdan da saxlaya biləcək." 
.
Dostlar, baxın, adətən bostanlara və bağlara müqəvva (çuçilo) qoyurlar. Bağ sahibi müqəvvanı nə üçün qoyur? 
Ona görə ki, qurd-quş və heyvanlar onu görəndə elə bilsinlər ki, adam dayanıb, bağa girməsinlər. 
Mən uşaq olanda qonşuluğumuzda bir bağ vardı, Həsən dayı bağa müqəvva qoymuşdu. Bir dəfə həmin bağın kənarı ilə keçəndə gördüm ki, müqəvvanın üstünə qarğalar qonub və bir it də yerdə müqəvvaya söykənib oturub. Sanki qargalar və it bu hərəkətləri ilə ev sahibinə gülürdülər ki, sən bizi bu cansız müqəvva ilə qorxutmaq istəyirsən?! 
Müqəvva cansız olduğu üçün heç qarğaları və iti də qorxuza bilmirdi.
Bizim namazlarımızda əgər 
xüzu (cismin Allahı hiss etməsi), 
xüşü (ruhun Allahı hiss etməsi), 
xalislik və saf niyyət və sair yoxdursa, deməli bizim namazlarımızın ruhu və canı yoxdur. 
Cansız müqəvva qarğaları və iti qorxuza bilmədiyi və bağı qoruya bilmədiyi kimi cansız və ruhsuz namaz da qəbir evində bizi əzabdan qoruya bilməz.
Ona görə də namaza böyük əhəmiyyət verməliyik.
Xüsusilə də bu mübarək Ramazan ayında namazlarımızın keyfiyyətini yüksəldə bilərik.
Obaşdanlığa durmaq yalnız xörək yemək üçün deyil; namaz, dua, münacat, Quran oxumaq, əxlaq kitablarını mütaliə etmək üçün da istifadə edilməlidir.
Baxın, Həcc mərasimi nə qədər böyük və əzəmətlidir, ancaq buna baxmayaraq Allah Taala Həcc mərasiminə yox, yalnız Orucluq barədə "Mənim qonaqlıq ayım" deyə buyurmuşdur.

baxılıb: 111 dəfə