Yeniyetmə əxlaqı

Allah eyibləri gizlədəndir

Bütün insanlara xəbərdarlıq!!


Günahların gizlədilməsi
.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
وقَالَ ( ع ) الْحَذَرَ الْحَذَرَ فَوَاللَّه لَقَدْ سَتَرَ حَتَّى كَأَنَّه قَدْ غَفَرَ
“Qorxun, qorxun! Allaha and olsun, O, (günahları elə) gizlədib ki, sanki (onları) bağışlamışdır.”
Nəhcül bəlağə 29 (bəzi nüsxələrdə isə 30) -cu hikmətli kəlam
.
Allah Taalanın adlarından biri də “səttarul-uyub”, yəni “eyibləri gizlədən”dir. Odur ki, məsum rəhbərlərimiz (onların hamısına Allahın salamı olsun) insanları nəsihət edərkən Allahın əxlaqından əsasən “eyibləri örtməsini” nümunə götürməyi tövsiyə etmişlər. Allah Taala insanların eyiblərini örtür və gizlədir, hər bir mömin də çalışmalıdır ki, başqalarından gördüyü eyibləri nə o şəxsin özünə, nə də başqalarına deməsin. Qiyamət günü ən yaxşı bəndələrdən biri də eyibləri gizlədən şəxs olacaqdır. Hədislərdə dəfələrlə qeyd edilib ki, sən bu dünyada başqalarının eyiblərini gizlətsən, Qiyamət günü Allah Taala sənin eyiblərini gizlədər.
Allah Taala öz geniş və sonsuz mərhəməti ilə bəndələrinin günahlarını ifşa etmir, təki dost-düşmənin yanında onların abırları getməsin. Bəlkə etdikləri pis işə görə peşman olaraq qəflət yuxusundan ayılmaqla tövbə edələr və bir daha günah etməyələr.
Ancaq çox vaxt insanlar Allahın lütfkarlıq və mərhəmətindən sui istifadə edirlər, onlar elə bilirlər ki, etdikləri günahın cəzası gəlmədisə deməli, etdikləri iş günah deyilmiş və yaxud Allah həmin insanın o günahından keçmişdir.
Odur ki, bu hədisdə imam Əli əleyhissalam insanlara xəbərdarlıq edərək Allahın onlara tövbə etmək üçün verdiyi möhləti bağışlanmaq və ya unudulmaq kimi başa düşməmələrini tapşırır.
Allah Taala bir çox səbəblərdən insanlara günahları qarşısında möhlət verir, təki insanlar etdikləri günaha görə peşman olaraq tövbə etsinlər, Allahdan günahlarının bağışlanmasını istəsinlər.
Möhlət yalnız kafirlərə deyil, möminlərə də aid edilmişdir, başqa sözlə desək Allahın insanlara möhlət verməsi ümumbəşəri bir məsələdir.
Əgər sən günah etmisənsə, lakin hələ də o günahın cəzasına məruz qalmamısansa, bil ki, Allah Taalanın sənin günahını gizlətməsi sənin günahının bağışlanması, yaxud o günahın unudulması və ya sənin düz iş etməyin mənasında deyil. Etdiyin hər bir günaha görə vaxtındə tövbə et, Allahdan bağışlanmağını istə. Allah günahları bağışlayandır.
 

baxılıb: 160 dəfə