Yeniyetmə əxlaqı

Qarışqadan həyat dərsi öyrənək

Hamı bu dünyada düzgün yaşamaq istəyir. İnsanlar vaxtlarının bir hissəsini bunun üçün sərf edirlər. Bəziləri bunu kitablar alıb oxumaqla, bəziləri qəzet-jurnal mütaliə etməklə, bəziləri alimlərin məclislərində oturub onlara qulaq asmaqla... həyat dərsini almaq əzmindədirlər. Halbuki Allah Taala yaratdığı hər bir varlığı insan üçün dərs və əlamət qərar vermişdir. Siz bilirsinizmi ki, Qarışqa bizə həyat dərsi verə bilər!?

1- Yəqin fikir vermisiniz ki, qarışqaların yolunu kəsəndə, məsələn, barmağınız ilə onun yolunun qarşısına maneə törədəndə onlar buna məhəl qoymurlar, əzmlə sağdan, soladan və hətta barmağınızın üstündən aşmaqla həmin yolu davam etdirirlər. Hətta siz barmaqlarınız ilə onararın o tərəf bu tərəfə yayandan bir az sonra görürsünüz ki, onlar yenidən həmin yolu bərpa etmişlər.
Biz gərək qarışqaların bu əzm və iradəsindən dərs alaq, biz də elə olmağa çalışaq. Şübhəsiz həyatda bizim qarşımıza müxtəlif zəminələrdə çoxlu maneələr çıxır. Bu maneələr bizi həyatdan kösdürməməlidir, biz özümüzdə qüvə tolayıb hər bir maneəni keçməyi və öz həyat yilumuza davam etdirməyi bacarmalıyıq.
2- Qarışqalar yay fəslində qış fəslini düşünməklə məşğuldurlar. Onlar bilirlər ki, qarşıda sərt qış var, qışda ölməmək, əzilməmək və aciz qalmamaq üçün yayda qış üçün də çalışmaq lazımdır.
Əmirəlmöminin Əli əleyhissalam buyurur: "Ən yaxşı elm o elmdir ki, sizə gələcəkdə lazım olacaq."
Bu da bizim üçün çox gözəl bir dərsdir.
Yaxşı yaşadığımız, xoş güzəran keçirdiyimiz vaxtlar Qürur, Lovğalıq, İsrafçılıq və sair bizim çətin günlərimiz barədə düşünməyə mane olmasın. Çətin günlərin olacağı labüddür.
Bilin ki, əzəldən yaranıb belə bu aləm
Qəmdən sonra kefdir, kefdən sonra qəm 
Hətta insanlarla münasibətlərinizdə də bunu düşünün. Yaxşı insanlarla ünsiyyətdə olun onlarla mehriban davranın. Bilin ki, yaxşı günlər həmişə olmur, amma yaxşı insanlar həmişə var. Çətin günlərinizdə onlar sizə gözəl dəstək ola bilərlər.
3- Qarışqalar qış fəslində yay fəslinin intizarında olurlar. Onlar bilirlər ki, bu sərt və çətin qış fəsli həmişəlik deyil. Qarşıda yay fəsli var. Buna görə də onlar iztirab və nigarançılıq keçirmirlər. Sakitcə yaşayırlar. Yayın gəlişi ilə yenidər təzə həyata başlayırlar.
Bu da bizə gözəl bir dərsdir. Adətən bizlər bir neçə çətin hadisə ya problemlə rastlaşan ki, "Yaşamaq istəmirəm" , "Ölmək bundan yaxşıdır" , "Ölsəm canım dincələrdi" və sair bu kim yanlış sözləri dilimizə gətiririk.
Məgər biz həzrət Sahibəzzaman əleyhissalamın zühurunun intizarında deyilikmi?
Bilməliyik ki, qarşıda mütləq gözəl günlər var.
Qurani-Kərim İnşirah surəsində buyurur:
ان مع العسر يسرا
"Həqiqətən hər bir çətinliyin ardınca asanlıqlar var"
4- Qarışqalar işləyəndə var gücləri ilə işləyirlər. Öz səhmini yığıb qurtaranda sakit oturmurlar, yenə də həmin çalışmaqlıqla azuqə yığmağa məşğuldurlar. Məsələn, nir qarışqaya 5 buğda dənəsi qışa kifayət edirsə, o 5-i tez toplayanda dayanmır. Həmin güclə yenə də toplamaqla məşğuldur. Kimin üçün?! Əlbəttə başqa qarışqalar üçün.
Bu da bizə böyük bir dərsdir ki, təkcə özümüzü düşünməyək. Bütün cəmiyyəti düşünməliyik. Qüdrətimiz olduğu təqdirdə insanlara kömək etməyə çalışaq.
5- Bilirsinizmi ki, qarışqa öz çəkisinindən hətta 10 dəfə çox yük götürə bilir?!
Biz də belə ola bilərik, gərək çətinliklərə müqavimət göstərək. Həyatımız barədə yaxşı düşünsək, çətinlik və problemlərin qarşısını alma yollarına bələd olsaq, heç bir çətinlik bizi sındıra və aciz edə bilməz.
Çətinliklərə düşəndə qarışqaları yada salaq... Həyat yükünü götürməyi bacaraq.

 

baxılıb: 697 dəfə