Yeniyetmə əxlaqı

Mənfi nümunələr

Mənfi və pis nümunə olan insanların Qurani-kərimə görə hansı xüsusiyyətləri vardır?!


Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
.
Qurani-kərim yalnız yaxşı nümunə və örnəklərli insanlara təqdim etməklə kifayətlənmir, üstəlik aqibəti pis olanlar və azğınların xüsusiyyətləri barədə də bizi məlumatlandırır, təki insanlar pislərdən ibrət alsınlar və onların düşdüyü pis və yanlış yola düşməsinlər; yaxşıları isə özlərinə örnək və nümunə bilsinlər, onların vasitəsilə hidayət yolunda möhkəm addımlarla irəliləsinlər.
Ümumilikdə, Qurani-kərim İlahi qəzəbə düçar olanları, o cümlədən; Qarunlar, Fironlar, Münafiqlər, Təcavüzkarlar, Zalımlar, Xəyanətkarlar və sairin pis aqibətlərini bizlərə açıqlamış, onların əsas xüsusiyyətlərinin İmansızlıq, İnamsızlıq, Nəfsin istəklərinə itaət, canlı və cansız bütlərə pərəstiş etmək, Cahillik, Elmsizlik və Allahın göstərişlərinin əksini etməyə meyilli olduqlarını bizlərə tanıtdırır.
.
1- İlahi qəzəbə düçar olanlar və azğınlar
.
Biz hər gün dəfələrlə Fatihə surəsini oxuyuruq. Surənin sonunda “(bizi) nemət verdiyin kəslərin yoluna (yönəlt), Sənin qəzəbinə düçar olmuş adamların və azğınların yoluna yox” ayəsini oxuyuruq.
Bu ayəyə əsasən iki yol vardır, onların biri düz yoldur. Bu həmin yoldur ki, Allah Taala o yol ilə gedənlərə nemət vermişdir. Onlar Peyğəmbərlər, Siddiqlər (kamil insanlar), Şəhidlər və Saleh əməl əhlidir.
Bu yolun əks tərəfində isə səhv və yanlış yolda olanlardırlar. Hər namazda biz bu iki yolu xatırlamalı və düzgün seçimimizdə sabitqədəm olmağa və mənəvi yolda tərəqqiyə nail olmağa can atmalıyıq.
Deməli, bəşəriyyət mənəvi tərəqqi və təkamül yolunda irəliləmək üçün İlahi qəzəbə düçar olmuş adamları və azğınları özünə örnək və nümunə etməməlidir.
.
2- Xəyanətkarlar
.
Həzrət Lut və həzrət Nuhun arvadları İlahi peyğəmbərlərin həyat yoldaşı və onların evində olmalarına baxmayaraq küfr, inamsızlıq və xəyanət nümunəsidirlər.
Qurani-kərim Təhrim surəsinin 10-cu ayəsində buyurur:
ضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ كَفَرُواْ امْرَأَتَ نُوحٍ وَ امْرَأَتَ لُوطٍ كَانَتَا تحَتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَلِحَينْ‏ِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنهْمَا مِنَ اللَّهِ شَيْا وَ قِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ
“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.”
.
3- Kafirlər və münafiqlər
.
Qurani-kərim Əhzab surəsinin 48-ci ayəsində buyurur:
وَ لَا تُطِعِ الْكَفِرِينَ وَ الْمُنَفِقِينَ وَ دَعْ أَذَئهُمْ وَ تَوَكَّلْ عَلىَ اللَّهِ وَ كَفَى‏ بِاللَّهِ وَكِيلًا
“Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə, Allaha təvəkkül et. Allahın sənə vəkil olması kifayət edər.”
.
4- İsraf edənlər, yəni həddi aşanlar
.
Qurani-kərim Şüəra surəsinin 151-ci ayəsində buyurur:
وَ لَا تُطِيعُواْ أَمْرَ الْمُسْرِفِينَ
“Həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!”
İsraf, varlıq aləminin və şəriətin qanunlarında həddi aşmaqdır. İsraf sözü Qurani-kərimə əsasən bir çox mənaları ehtiva edir, o cümlədən: Yemək və içməkdə (Əraf -31), Qisas və İntiqamda (İsra-33), Bəxşiş və Xərcləməkdə (Furqan-67), Hökm çıxarmaqda (Ğafir -28), Əqidə və Etiqadda (Ğagir -34), malik olduğu Güc və Vəzifədə (Duxan -31) israfçılıq və həddi aşmaqdan söz açılır.
.
5- Fitnə-fəsad törədənlər
.
Qurani-kərim Əraf surəsinin 142-ci ayəsində buyurur:
وَ لَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
“...və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”
 

baxılıb: 252 dəfə