Yeniyetmə əxlaqı

Ata və ananın sənin boynundakı haqqı

Həzrət Fatimeyi Zəhra əleyhasalam buyurur: Allah Taala ata anaya yaxşılıq etməyi ona görə qərar verdi ki, (ata anasına yaxşılıq edən adam Allahın) qəzəbindən amanda (salamat) qalsın.

Ananın sənin boynunda olan haqqı budur bilməlisən ki, ondan başqa heç kəs səni özündə saxlayıb-daşımayıb. O sənə qəlbindən meyvə verib ki, heç kəs bunu etməz. Bütün üzvləri ilə sənin qoruyub saxlamaqdan ötrü çalışıb. Sənə yemək verib, özü ac qalmaqdan, səni geyindirib, özü paltarsız qalmaqdan, sənə su verib, özü susuz qalmaqdan, sənin üzərinə kölgə salıb, özü günəşin hərarəti altında qalmaqdan, yuxusuz qalmaqdan, səni soyuqdan və istidən qorumaqdan əsla qorxmayıb. O bütün bunlara ona görə dözüb ki, təki bir övladı olsun! Əgər Allah sənə kömək edib tövfiq verməsə, ona təşəkkür edib borcundan qurtarmağa qüdrətin çatmaz.
Atanın sənin boynunda olan haqqı budur biləsən ki, o sənin varlığının, mövcud olmağının mənşəyidir. Əgər o olmasaydı, sən də olmazdın. Sənin vücudunda olan xoşagələn hər şeyin kökü atandır. Elə isə Allaha şükr et və bu ne`mətə görə ona minnətdar ol.

baxılıb: 600 dəfə