Yeniyetmə əxlaqı

İnsanun ruhu bu dünya nemətiləri ilə doya bilmir

Bu dünyanın nemətləri insanın ruhunu razı sala bilməz.

Sual: 
Nə üçün insan bu dünyada heç nəydən doymur, heç nəyə qane olmur?!
Nələri əldə edirsə sonralar onlardan bezir və başqa şeylər istəyir?!
Bu dünyada necə yaxşı yaşasa belə dünyadan qane olmur, cənnəti arzulayır?!
.
Cavab:
Cavabın daha hikmətli olması üçün əvvəlcə bir müqəddiməyə ehyiyac var.
.
Müqəddimə:
İmam Musa Kazım əleyhissalam buyurur:

أما إن أبدانكم ليس له ثمن إلا الجنة ، فلا تبيعوها بغيرها 

"Sizin cisminizin qiyməti Cənnətdir. Elə isə özünüzü Cənnətdən ucuz şeyə satmayın."
Tuhəful Uqul 389-cu səhifə
.
Deməli, əgər insanın maddi cisminin, yəni bədəninin qiyməti cənnətdirsə, bəs onun ruhunun qiyməti nədir?!
Əlbəttə ki, cənnətdən daha yuxarı bir şeydir. 
Cənnətdən daha yuxarı şey isə Allah Taalanın Özüdür.
.
İndi isə cavab:
İnsan fitrətən, yəni təbiətcə maddi aləmdə olsa belə kamillik axtarmağa və hərisliyə malikdir. Bu bir həqiqətdir.
Amma burada bir incəlik vardır ki, insan maddi aləmdə, eləcə də maddi aləmlə əlaqəli olan heç bir şeydə öz istəyini tapa bilmir.
Xoşbəxtlik, Səadət, Rahatlıq, Əmin-amanlıq və sair mövzuların varlığına bütün vücudu ilə inanan insan bunların heç birinə qovuşa bilmir.
Arzuladığı hər hansı bir şeyi əldə edəndən sonra həqiqi arzusunun başqa şeydə olduğunu başa düşür və daha üstün şeylərin ardınca gedir.
Ən çox arzu etdiyi şeyləri belə əldə edərkən bir müddət həmin şeyi sevməsinə baxmayaraq zaman keçdkcə ondan bezir, yorulur... Yeni bir şey istəyir...
Görəsən bu xasiyyət insanın zatından qaynaqlanır, yoxsa başqa bir şeylə əlaqəlidir?!
Misal üçün bir şəxsi təsəvvür edin ki, bir nəfəri dəlicəsinə sevir, ondan aralana bilmir, hətta bir neçə saatlığa belə ondan uzaq ola bilmir. Onunla evlənir. Amma az bir müddət sonra elə dəyişir ki, həmin şəxs sevdiyinə nifrət etməyə başlayır və sevdiyindən ayrılır.
.
Bunun səbəbi bilirsinizmi nədədir?!
Bunun səbəbi ondadır ki, maddi varlıqlar və maddi aləm insanın uca və yüksək ruhunu doydurmaq və onu razı salmaq bacarığına mailk deyillər.
Odur ki, Qurani-kərim Ənkəbut surəsinin 64-cü ayəsində bu mövzuya işarə edərək buyurur:
 
و ما هذه الحیواه الدنیا الا لهو و لعب و ان الدار الآخره لهی الحیوان لو کانوا یعلمون

"Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əsil (əbədi) canlı həyatdır. Kaş biləydilər! "
.
Bəli, əgər həyata yuxarıdan nəzər salsaq görərik ki, bu dünya həyatı, yəni maddi həyat baş-boşuna və faydasızdır. Başqa sözlə desək oyuncaqdır.
Buna əsasən axirətə göz yuman, onu özünə unutduran və özlərini bu maddi dünya ilə məhdudlaşdıran şəxslər, oyuncaqlarla oynayan həddi-buluğa çatmamış və hələ ağılları kəsməyən uşaqlara bənzəyirlər.
Həqiqətən axirət evi əbədi və həmişəlik qalınası yer olmaqdan əlavə həm də İlahi ruha mailik olan insanın ruhunu doydurmağa və insanı razı salmağa qüdrəti olan bir yerdir.
Başqa sözlə desək, yalnız əbədi axirət evinin nemətləri və ləzzətləri insanı razı və qane etmək qabiliyyətinə malikdir.

baxılıb: 522 dəfə