Yeniyetmə əxlaqı

Üç yaşlı ÖVLİYA

Bu gün tarixi bir gündür. Müsəlman təqvimində Səfər ayının 5-idir.

17 noyabr = 5 Səfər həzrət Rüqəyyənin səhid olduğu gündür!
.
Aşura hadisəsindən sonra sağ qalmış bütün insanları əsir etdilər.
Əhli-beyt əsirlərinin içində 3 yaşlı kiçik qız uşağı da vardı, onun adı Ruqəyyə idi.
Ruqəyyə, atası İmam Hüseyn əleyhissalam şəhid edildikdən sonra bibisi Zeynəb əleyhasalam və sair yaxınları ilə əsir kimi Şama aparıldı.
Şam xarabalığında bir uşağın ağlamaq səsi hər yerə yayılmışdı, Əsirlər bilirdilər ki bu səs imam Hüseyn əleyhissalamın üç yaşlı qızı Ruqəyyənin səsidir. Ruqəyyə deyəsən yuxuda atasını görmüşdü. Çünki yuxudan ayılan kimi ağlayaraq atasını istədi.
Yezid əsəbləşərək göstəriş verdi ki, onun atası imam Hüseynin başını uşağa göstərin.
Ruqəyyə atası imam Hüseyn əleyhissalamın mübarək başını teştin içində gördü. Ağlamaq, nalə və fəryad ilə başı qucaqladı, VƏ... Şəhid oldu.
Dostlar, siz indiyə qədər uşaqdan kömək istəmisiniz?!
Yox?! Niyə ki?! Elə bilirsiniz o uşaqdı deyə sizə kömək edə bilməz?!
Quranı hamınız oxumusunuz. Quranda "Fil" adlı surə var. O surədə bildirilir ki, bir zalım padşah (yetmiş min nəfərlik) böyük bir qoşun ilə müqəddəs Məkkə şəhərinə hücum etdi ki, Kəbə evini dağıtsın. Amma Allah Taala buna imkan vermədi.
Allah Taala buyurur: "Biz Əbabil quşlarını onların üstünə göndərdik. O quşlar onlara siccil daşları atdılar. O qoşunu beləcə məhv etdilər."
.
Əbabil quşları bilirsinizmi hansı quşalra deyilir?!
Əbabil yəni SƏRÇƏ
Siz nə vaxtsa sərçədən ziyan görmüsünüz?!
Ya da tarixdə Sərçələrin kiməsə ziyan vurduğunu eşitmisiniz?!
Düzdür, əlbəttə ki Yox. Çünki elmə məlum olan 1 milyona yaxın quş növünün ən zəiflərindən biri sərçədir.
İnsan adətən düşmənləri ilə mübarizə edəndə həmişə çalışır ki, düşməninin başına ən ağır daş, və sair atsın.
Siccil nədir bəs?! Siccil, adi torpağın palçığının təsbeh dənəsindən də balaca yumurlanmasıdır. Dünyada daşlar arasında bundan zəif və yüngül daş yoxdur.
.
Bir fikir verin, Allah Taala onların üzərinə ən zəif quşu ən yüngül daş ilə göndərdi. Və o sərçələr böyük bir qoşunu məhv etdilər.
Sizcə burada Allah Taala bizlərə nə demək istəyir?!
Allah Taala bizə bunları çatdırır ki, "Hər hansı şey ya kəs zahirdə nə qədər gücsüz və zəif olsa belə əgər Allah Taalaya bağılı və bitişik olarsa, deməli ondan güclüsü yoxdur."
Ruqəyyə adi bir uşaq deyil,
Ruqəyyə adi bir imamzadə deyil, 
Ruqəyyə sadəcə imam Hüseyn əleyihissalamın qızı deyil,
Ruqəyyə Aşuranın sirrlərindən biridir.
...
Allah Taalaya Ruqəyyə vasitəsilə təvəssül edin, arzularınızı istəyin.
Allah Taala Ruqəyyə xatirini bizim hamımızı arzu və istəklərimizə qovuşdursun!

baxılıb: 487 dəfə