Yeniyetmə əxlaqı

Yazıda da əxlaqınızı göstərin

Əxlaq insanın bütün vücudunda görsənməlidir.

Əxlaqlı insan o insana deyilir ki, həmin əxlaq həmin insanın canına hopmuş və onun damarlarından axır. Belə bir insanın hər bir hərəkəti, rəftarı, danışığı və hətta yazı yazması belə əxlaq əsasındadır.

Tarix kitablarında belə bir hadisə vardır:

“Əli Əsqafi deyir: Mən Bağdad şəhərinin əmirinin münşisi (yazarı, katibi) idim. Günlərin birində kiminsə məni şərləməsi nəticəsində məni işdən çıxartdılar. Evimi və var-dövlətimi əlimdən aldılar, özümü isə zindana saldılar. Bir müddət sonra Bağdadın əmiri məni azad etdirdi. Yanına çağırdı və məni yenidən münşi təyin etdi. Mənə dedi: Bilirsənmi nəyə görə səni azad etdim?

Dedim: Xeyr, bilmirəm.
Dedi: Səni ona görə azad etdim ki, Xorasanın valisi olan qardaşım Tahir Abdullah bunu məndən xahiş etdi. Mən səni işdən çxarandan sonra başqasını münşi təyin etdim. Bir az sonra qardaşımdan məktub gəldi. Qardaşım yazmışdı: “Qardaş, məndən incimisənmi? Mən sənə nə etmişəm ki? Nə üçün mənimlə kobud davranırsan?”

Mən onun cavabında xəbər göndərdim ki, axı sən niyə belə düşünürsən? O cavabında yazdı: “Çünki, sənin yazıların fərq edib. Əvvəl çox gözəl və əxlaqlı mıktublar yazırdın. Səndən hər məktub gələndə  mənim sənə məhəbbətim daha da artırdı. Amma indi çox soyuq və laqeyd məktublar yazırsan.”

Bağdadın əmiri deyir: -Qardaşıma xəbər göndərdim ki, mən sənə məktub yazan münşini işdən çıxarıb başqasını bu vəzifəyə təyin etmişəm. Mənim sənə nəzərim dəyişməyib, sən həmişəki kimi mənim əziz qardaşımsan.

Əli Əsqafi deyir: -Bundan sonra Xorasanın valisi Tahir Abdullah Bağdadın əmiri olan qardaşından xahiş etdi ki, məni azad etsin və yenidən münşilik (yazarlıq, katiblik) işimə qaytarsın.

Bağdadın əmiri mənə dedi: -Ey Əli Əsqafi, sənin mənim qardaşıma yazdığın əxlaqi və məhəbbət dolu məktubların sənə nicat verdi.

Beləliklə, mən bir daha dərk etdim ki, əxlaq insanın qanında və canında olarsa həmin insanın hər şeyi əxlaq əsasında olacaqdır.”

Camiul hikayat 27-ci səhifə və başqa tarixi sənədlər.

 

Deməli, əxlaqlı şəxsin bütün hərəkət, davranış, rəftar , söz və düşüncələri də əxlaq nurunu saçmalıdır. Əxlaqımızı hər şeydə, o cümlədən yazıda da insanlara göstərək. Məktub, status, şərh və mesajlarımız da bizim əxlaqımızın olub olmadığını göstərir. 

baxılıb: 543 dəfə