Yeniyetmə əxlaqı

İnsanları əvf etməyi və bağışlamagı bacarın.

İnsanları bağışlayın və güzəştə gedin.

Qurani-kərim 24-cü Nur surəsinin 22-ci ayəsində buyurur:

 

وَلْيَعْفُوا وَلْيَصْفَحُوا أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ

 

“Onları əvf etsinlər onların (təqsirlərindən) keçsinlər (ğüzəştə getsinlər), məgər istəmirsinizmi ki, Allah da sizi bağışlasın.”

 

Qeyri adi şəraitlərdə qeyri adi rəftarları biz tamamilə adi qəbul etməliyik. Biz araşdırdıqda görürük ki, insanların kobud rəftar və sözləri adətən onların qeyri adi şəraitə düşdükləri zaman baş verir. Görürük ki, insanlar çox yorğun olarkən, həmçinin əsəbi olduqları və ya streesdən, depresiyadan əziyyət çəkdikləri zamanda etdikləri hərəkətlərə və dedikləri bəzi sözlərə görə sonralar peşman olurlar.

Buna görə də hamını başa düşməliyik.

Bir birinizi əfv edin, bağışlayın, axı siz də Allah Taalanın sizi bağışlaması arzusundasınız. Görün başqalarını bağışlayanda nə qədər asudə, aram və rahat olursunuz. Çünki başqalarını bağışlamayanda hər dəfə o hadisə yadınıza düşəndə qəzəb hissi yenidən sizdə baş qaldırır, əsəbləşirsiniz, nigaran olursunuz. Qəlbinizdə kin və daşürəklilik əmələ gəlir.

baxılıb: 467 dəfə