Yeniyetmə əxlaqı

Yalan danışmağı tərgitmək üçün beş addım

Yalan daışmağı tərgitməyin yolları

Birinci addım:

Yalan danışmağın səbəbi nə olsursa olsun, əgər siz ondan qurtulmaq istəyirsinizsə mütləq müvəffəq olacaqsınız, yalnız diqqət etmək lazımdır ki, yalan danışmaq adətini tərk etmək üçün zamana ehtiyac ola bilər. Bu da o haldadır ki, siz həmin yalandan illərdir ki, istifadə etmişsinizsə.

Təbiidir ki, hər bir pis adəti tərk etmək üçün zamana ehtiyac vardır. Zamandan əlavə zəhmət və əziyyət da çəkmək lazımdır. Asanlıq və rahatlıqla heç bir pis əməldən, günahdan və cinayətdən qurtulmaq olmur. Deməli, heç bir pis işi tərk etməklə əlaqədar naümid olmayın, bir neçə dəfə uğursuzluqla da olsa nəfsinizlə mübarizədə təslim olmayıb çalışmaqdan və təlaşdan əl çəkməyin. Çünki hədəfinizin müqəddəs olduğunu bilsəniz uğur və müvəffəqiyyət qazanacağınız labüddür.

 

İkinci addım:

Yalan danışmağınızın səbəbini tapdıqdan sonra atacağınız addım bundan ibarətdir ki, yalan danışmağı özünüz birbaşa tərk edə biləcəksinizmi?! Əgər təklikdə tərk edə və bu çətinliyin öhdəsindən gələ bilməyəcəksinizsə əxlaq ustadının, psixoloqun və yaxud əxlaqlı dostlarınızdan birinin köməyindən istifadə edin. Başqa sözlə bu işdə mütəxəssis olan bir şəxsə müraciət edin.

 

Üçüncü addım:

Hansı vaxtlardə və hansı şəraitlərdə çoxlu yalan danışmağınızı araşdırın.

Məsələn, siz ən çox işdə yalan danışırsınız?!

Dostlarla birlikdə olanda çox yalan danışırsınız?!

Başqalarına moizə və nəsihət edəndə çox yalan danışırsınız?!

Sizdən sual soruşulanda yalan danışırsınız?!

Evdə ailəniz və ya yaxınlarınız ilə birlikdə olduqda çox yalan danışırsınız?!

Bunu bildikdən sonra nə qədər yalan danışdığınızı müəyyənləşdirin. Nəticəni, yəni yalan danışmağınızın sayını və qədərini bir yerə qeyd edin.

 

Dördüncü addım:

Yalan danışmağı tərk etmək üçün müəyyən vaxt, məsələn, yeddi gün müddətində çoxlu yalan danışmağınızı azaldın. Bacardıqca ən az miqdara gətirin. Məsələn, gün ərzində 8 dəfə yalan danışırsınızsa onların sayını heç olmazsa 3-ə endirin. Bu tərtibə davamlı şəkildə əməl edin. Hər həftə yalanların sayını azaldaraq onları sıfıra endirin.

 

Beşinci addım:

Hər günün axırında həmin gün etdiklərinizlə əlaqədar özünüzə hesabat verin. Görün harada nə etmisiniz və nə danışmısınız. Öz qərarlarınızda nə qədər uğur və müvəffəqiyyət qazana bilmisiniz.

Qazandığınız uğurlara görə özününü təşviq edin və alqışlayın. Belə ki, həm içinizdə özünüzü daha böyük uğur və müvəffəqiyyətlərə təşviq edin, həm də çöldə özünüzü mükafatlandırın. Yəni ürəyinizdən keçən halal bir işi edin, məsələn, dəniz qırağına gedin, ya karuselə minin, ya gülməli kinoya baxın, ya ...

 

Nəticə:

Qazandığınız hər bir uğur və müvəffəqiyyətlərə görə Allah Taalaya şükr edin, bu iradə və əzminizin Allah Taala tərəfindən sizə bəxş edilmiş nemət olduğunu bilin. Siz Allah Taalanın lütfü və köməyi nəticəsində çox təhlükəli bir cinayəti, yalan danışmağı tərk edə bilmisiniz.

Müvəffəq olmadığınız işlərdə isə Allah Taaladan ardıcıl olaraq kömək istəyin, təki o biri həftələrdə nəfsinizə qalib gələ biləsiniz.

baxılıb: 506 dəfə