Yeniyetmə əxlaqı

Mən nə üçün yalan danışıram?!

Yalan danışmaq böyük günahlardan olmaqdan əlavə bütün pisliklərin, cinayətlərin və çirkinliklərin mənşəyi, əsası sayılır.

Odur ki, İmam Həsən Əskəri əleyhissalam buyurur:

“Alçaq (pis) xasiyyətlərin hamısını bir evə toplasalar, o evin açarı yalan danışmaq olar.”

Durrətul bahirə 43-cü səhifə

 

Yalan danışmağın səbəbləri

Yalan danışmağı tərk etmək istəyən şəxs hər şeydən əvvəl bu pis adətin səbəblərini axtarıb tapmalıdır. Nə üçün yalan danışdığını bilməlidir. Çünki özünün yalan danışmasının səbəb və dəlillərinə diqqət yetirmədən bu pis işdən əsaslı şəkildə qurtula bilməz. Özünü elə vəziyyətə salar ki, yalançılığını daha da çoxaltmış olar.

 

Yalan danışmağın çoxlu səbələri vardır, onları ən geniş yayılmışları üç səbəbdir.

1- Siz yalan danışmağın insana nə dərəcədə ziyanlı olduğu barədə məlumatsızsınız. Yəni yalan danışmağın haram, günah, cinayət, xəyanət olduğunu bilmirsiniz. Elə bilirsiniz ki, yalan danışmaq sadəcə olaraq ictimai nadürstlükdür, yəni cəmiyyət içində yalan danışmaq yaxşı şey deyil, insanların çoxu buna pis baxırlar. Halbuki əgər yalan danışmağın haram və günah olduğunu, sizə nə dərəcədə ziyanlı  və təhlükəli olmasını bilsəniz heç vaxt yalan danışmazsınız. Deməli, yalan danışmağın ziyanı və pis nəticələri barədə məlumatlanmağınız sizi bu pis işdən çəkindirə bilər.

 

2- Ola bilsin ki, bəzi zamanlar, əsasən uşaqlıq dövründə, yaxur məktəb illərində siz yalan danışmağa təşviq edilmisiniz. Bəzi ailələrdə valideynlər və ya qohumlar tərəfindən uşaqlar yalan danışmağa təşviq edilirlər. Bunu da hamı gülmək və sevinmək kimi düşünür. Halbuki həmin uşağın gələcəyi zərbə altına atılır.

Həmçinin nə vaxtsa siz yalan demisiniz və bu yalan sizə nicat vermişdir. Məsələn, vacibi yerə gecikmisiniz, təsadüfən öyrənmisiniz ki, sizin müdiriniz filan prospektlə gəlmiş və onun avtomobili orada bir saaat tıxacda qalmışdır. Siz vacibi iş görüşünə gecikdiyinizə görə danlanmamaq üçün sizin də yolunuzun guya həmin prospektdən keçdiyini demisiniz, bununla da cəza və danlaqdan qurtulmusunuz... Yaxud da nə vaxtsa yalan danışmaqğınızla maddi gəlir əldə etmisiniz...

 

3- Bəzi hallarda isə insanlar ona görə yalan danışırlar ki, yalan danışmaq ilə başqalarının yanında hörmətli, üstün, dəyərli və mühüm kimi görünsünlər. Yaxud da özlərində çoxlu nöqsanlar olduğu üçün yalan danışmaqla bu nöqsanların üstünü örtmək istəyirlər.

Halbuki hər bir insan həqiqi üstünlük, dəyər və əzizliyi yalnız Allah Taalanın vasitəsilə qazana bilər.

Qurani-kərim Fatir surəsinin 10-cu ayəsində buyurur:

 

مَنْ كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا

 

“Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür).”

 

Həmçinin əmirəlmöminin Əli əleyhissalam buyurur:

العزیز بغیر الله ذلیل

“Allahdan başqasının vasitəsilə əziz olan şəxs əslində zəlildir.”

Biharul ənvar 75-ci cild 10-cu səhifə

baxılıb: 509 dəfə