Evlənmək və ailə əxlaqı

Evlənməklə əlaqədar altı səhv addım

İnsanlar fitrətən evlənmək və ailə qurmaq istəyindədirlər. Evlənməkdən məqsəd heç də yalnız toy etmək mənasında deyil. Evlənmək bir kişi ilə bir qadının öz istəklərinin vəhdətində razılaşdıqdan sonra ömrünün axırına qədər birlikdə yaşamaq və ailə qurmaqdakı hədəflərə çatmaqdır

Layiqli həyat yoldaşı seçmək çox çətindir. Bunun üçün yaxşı araşdırmaya ehtiyac vardır. Ailə qurmaq və qurduğu ailəni yaşada, davam etdirə bilmək üçün də böyük səy və bacarıq tələb olunur. İnsanlar bəzi hallarda evlənməklə əlaqədar yanlış addımlar atırlar və bu da onunların ailə hayatlarının qısa və mənasız olması ilə nəticələnir. Bunun üçün evlənməklə əlaqədar səhv adım atmaqdan çəkinmək lazımdır.

Halbuki gələcək ailə həyatınızın xoşbət və həmişəlik olmasını istəyirsinizsə düzgün seçim etməlisiniz, gələcək həyat yoldaşınızı seçməkdə sizin meyarınız onun İmanı, Ağılı, Düşüncəsi, Əxlaqı, Həyası, Əqidəsi, Elm və Biliyi, Abırlı və namuslu ailənin üzvü olması... əsas götürülməlidir.

1- Yaşıdlarım hamısı evlənib!!

Evlənməklə əlaqədar birinci səhv addım insanın öz həmyaşıdlarının və ya sinif yoldaşlarının hamısının evlənməsindən təsirlənərək tələsik evlənmək qərarına gəlməsidir. Evlənmək üçün bu çox məntiqsiz bir dəlildir. Belə olan halda insan adətən kiminlə gəldi evlənir, bu da onun qurduğu ailənin davamlı olmasına mane olur, bir çox hallarda onlar boşanmalı olurlar.

 

2- Belə elçi ələ düməz!!

Evlənməklə əlaqədar ikinci səhv addım gələn elçiləri məhəllələrindəki camaatdan və ya ümumiyyətlə tanıqdıqları insanların arasında daha yaxşı mövqedə olduğunu düşünərək gələn elçiləri qəbul etməkdır. İstər qız üçün gəlmiş oğlan evi elçiləri, istərsədə oğlan evinə qızları barədə eşitdirmək üçün gəlmiş yaxınlardan və ya qohumlardan ibarət insanlar. Bunu evlənməyə səbəb bilməyin. Siz elçi gələnlərlə yox, qohumlarınızla yox, bəyəndiyiniz və xoşunuza gələn insanla ailə həyatı qurmalısınız...

 

3- Onunla evlənim və camaatı yana-yana qoyum!!

Evlənməklə əlaqədar üçüncü səhv addım başqalarının həsəd və paxıllıqlarını oyatmaqdır. Bəzən bir qız görür ki, filan oğlan yaraşıqlı və cüssəli olduğu üçün qızların çoxunun ondan ötrü sanki ürəyi gedir, qızlara yanğı vermək məqsədilə həmin oğlana xəbər göndərir ki, məni almaq istəsən razı olaram evlənməyimizə. Və yaxud da oğlan görür ki, filan qız gözəl və cacibədar olduğu üçün oğlanların çoxunun o qız üçün sanki ürəyi gedir, oğlanlara yanğı vermək məqsədilə həmin qıza elçi gedərək onunla evlənir.

 

4- Evlənim və evimizdən canımı qurtarım!!

Evlənməklə əlaqədar dördüncü səhv addım öz xəyalında evdən bezmiş insanların canını qurtaracağını düşünərək kiminlə gəldi evlənməsidir. Bəzi subay insanlar belə düşünürlər ki, onlar üçün evlərində yaşayın artıq bezdirici olmuşdur, tez bir zamanda kiminlə gəldi evlənim və ata-anadan, bacı-qardaşdan canımı qurtararaq azadlığa çıxım. Belə insanların qurduqları ailələr adətən tez bir zamanda dağılır və onlar çox peşman halda evlərinə, yəni ata evinə qayıdırlar....

 

5- Onunla evlənim və varlı olum!!

Evlənməklə əlaqədar beşinci səhv addım kiminləsə var-dövlətinə və sərvətinə görə evlənməkdir. Var –dövlət və sərvət pis şey deyil, amma həyat yoldaşı seçməkdə bunu əsas meyar tutmaq insana çox böyük peşmançılıq gətirir...

 

6- Evlənim və keçmiş həyat yoldaşıma kimliyimi sübut edim!!

Evlənməklə əlaqədar altıncı səhv addım budur ki, əvvəllər evli olmuş və sonra boşanmış insan bəzi hallarda keçmiş həyat yoldaşına özlünün fərasət və bacarığını sübut etmək üçün tələsik kiminlə gəldi evlənir. Guya o, öz keçmiş həyat yoldaşına onu göstərir ki, bax, mən evləndim, sən isə tək qalmısan. Səninlə çətin ki, kimsə evlənə...

baxılıb: 545 dəfə