Evlənmək və ailə əxlaqı

Sevgisini büruzə vermək hər bir insanın vəzifəsidir

Bəzi vaxtlar ailədə “səni sevirəm” və ya “sənsiz həyatın mənası yoxdur” kimi sehirli sözlərin işlədilməsi qarşı tərəfin qəlbində sevgi və məhəbbət ocağını alovlandırır, ailədə həyata müsbət baxışlar və ümidləri artırır.

Qəlbdəki məhəbbəti üzə çıxartmaq evi gözəl və ürəyəyatan bir cənnət məkanına çevirir, halbuki sevgi və məhəbbət yaradan kəlmələrdən məhrum olan və adətən qarşılıqlı qıcıqlandırıcı kobud sözlərdən istifadə edilən evlərin isə cəhənnəmə çevrildiyinin şahidi oluruq.

Bəzi insanlar etiraf edirlər ki, neçə ildir onlar “əzizim” , “canım” , “sənə qurban olun” kimi sözlərin həyat yoldaşları tərəfindən deyiləcəyi həsrəti ilə yaşayırlar. Onlar həyat yoldaşları tərəfindən gözəl və sevimli sözlərin işlədilməsindən məhrumdurlar. Odur ki, onların ürəklərində həyat yoldaşına qarşı kin və meyilsizlik yaranır, ardınca isə özgələşməyə çevrilir. Ailədə ar və arvad cismən yaxında olsalar da ruhən və qəlbən bir-birindən çox uzaq olurlar.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

اذا احببت رجلا فاخبره

“Sevdiyin şəxsə onu sevdiyini elan et.”

Biharul ənvar 71-ci cild181-ci səhifə

.

Deməli, çox yaxşı olar ki, həyat yoldaşları heç olmazsa hər neçə gündən bir öz sevgi və məhəbbətlərini büruzə versinlər, bir-birini sevdiklərini dillərinə gətirsinlər. Bunun üçün heç bir xərc tələb olunmur.

baxılıb: 53 dəfə