Evlənmək və ailə əxlaqı

İnsan nəsli

Adəmin övladlarından insan nəsli necə əmələ gəlib?

Adəmin nəsli

Bu sualı çoxları soruşurlar ki, Adəm və Həvvadan insan nəsili necə törədi?!
Cavab:
1- Əvvəla bu hadisə Tarixdən əvvəl olduğuna görə dəqiq söz demək mümkün deyil. Tarixdən əvvəl yəni İdris peyğəmbərdən əvvəl. Çünki ilə dəfə yazını icad edən İdris Peyğəmbərdir. O Nuh peyğəmbərin babasıdır.
Dərs kəlməsi də onun adından götürülüb.
2- Bəziləri deyib ki, bacı qardaş evlənməsi ilə nəsil artıb.
Dəlili də budur ki, başqa çarə olmadığına görə Allah buna icazə verib.
3- Allah cənnətdən bir huri göndərib Adəmin oğlu Şis peyğəmbərə, Şis onunla evlənib, onun uşaqları ilə Şisin qardaş bacıları evlənib.
4- Allah bir huri göndərib Adəmin oğlu Şis peyğəmbərə, və bir qılman (kişi cinsində səmavi məxluq) göndərib Adəmin qızlarından birinə.
Bunlardan 2 nəsil törəyib
5- Allah torpaqdan bir qadın yaratdı Şis onunla evləndi.
6- Allah torpaqdan yenidən bir Adəm və Həvva (yəni bir kişi və bir qadın) yaratdı oldu 2 ayrı nəsil.
Bunların övladları bir-biri ilə evləndilər.
7- Adəm yer üzünə gəlmiş 8-ci insan nəsilidir. (hədislərə əsasən)
Adəmin oğulları olanda Adəmdən əvvəlki nəsil hələ tam kəsilməmişdi. Adəmin övladları həmin nəsildən olanlarla evləniblər.
Bu yeddici nəzəri həm bir sira hədislər dəstəkləyir, həm də elm dəstəkləyir.
Belə ki, Adəmin yaşı 12min ilə yaxın olduğu halda indi arxeoloqlar 300min, 500min, 1milyon il yaşı olan insan sümükləri tapıblar və tapırlar.
Xülasə indi din və dünya alimlərinin çoxu axırıncı nəzəri dəstəkləyirlər.
8- Allah Taala ən doğrusunu biləndir.

baxılıb: 160 dəfə