Evlənmək və ailə əxlaqı

3- Qənaətcillik və azla kifayətlənmək

Nümunəvi qadının üç mühüm xüsusiyyəti

Qənaətcillik və azla kifayətlənmək

Yaxşı və saleh həyat yoldaşının malik olması zəruri olan bəyənilən xüsusiyyətlərindən biri də az xərcli olan, azla kifayətlənən və qənaətcil olmasıdır. Bu iqtisadi mötədillik bir çox yerlərdə özünü büruzə verir. Öz ərinin çox xərcə düşməsini və əziyyət çəkməsini istəməyən qadın doğrudan da layiqli və yaxşı həyat yoldaşıdır.

İmam Cəfər Sadiq əleyhissalam buyurur:

عَنْ أَبِي عَبْدِ اللَّه ع قَالَ مِنْ بَرَكَةِ الْمَرْأَةِ خِفَّةُ مَؤُونَتِهَا

“Qadının azxərcli olması onun bərəkətlərindəndir.”

əl-Kafi 5-ci cild 564-cü səhifə

.

Bu mövzu əməli və real şəkildə də sübuta yetirilmişdir ki, israfçılıq, gördüyü hər şeyi almaq istəmək və bədxərclik nə qədər az olarsa ailədə mehribanlıq, səmimiyyət və xoşbətlik bir o qədər çox olacaqdır.

Nişanlı olduğunuz zamanlarda bu incəliyə də diqqət yetirin, qarşı tərəfin geyiminə və kosmetikasına da fikir verin, nəyləri alır, necə mallar alır, aldıqları neçəyədir və sairi də öyrənin. Evləndikdən sonra deməyin ki, bu qız məni müflis elədi.

Bu məsələ müxtəlif yerlərə, o cümlədən mehriyyə və başlığa da aid edilə bilir, belə ki, qadının mehriyyəsi onun şərəf və layaqətinə uyğun olmalıdır, həddən ziyadə olmamalıdır.

Sevimli Peyğəmbərimiz (s) buyurur:

قَالَ رَسُولُ اللَّه ص أَفْضَلُ نِسَاءِ أُمَّتِي أَصْبَحُهُنَّ وَجْهاً وأَقَلُّهُنَّ مَهْراً

“Ümmətimin ən yaxşı qadınları siması nurlu və mehriyyəsi az olanlardır.”

əl-Kafi 5-ci cild 324-cü səhifə

Deməli, qadının ən mühüm vəzifələrindən biri də qənaətcillikdir, başqa sözlə desək öz istəklərini ailənin gəliri ilə uzlaşdırmaqdır. Qadın yalnız özünün və ya övladlarının istək və ehtiyaclarını düşünməməlidir, üstəlik kişinin də xərclərini və eləcə də evin xərclərini nəzərə almalıdır.

Həzrət Fatimə əleyhasalam həyat yoldaşı Əli əleyhissalama xitab edərək buyurur:

قالت : كان رسول الله ( صلى الله عليه وآله ) نهاني أن أسألك شيئا فقال : لا تسألين

ابن عمك شيئا إن جاءك بشئ [ عفو ] وإلا فلا تسأليه

“Atam (s) səndən bir şey istəməyi mənə qadağan edərək buyurdu: -(Qızım!) Əmin oğlundan (həzrət Əlidən) heç nə istəmə. Əgər (imkanı olarkən) özü alıb gətirərsə lap yaxşı, amma yox, imkanı olmazsa ondan heç nə istəmə (onu sıxıntıya məruz qoyma).”

Biharul ənvar 43-cü cild 31-ci səhifə

baxılıb: 270 dəfə