Evlənmək və ailə əxlaqı

Nümunəvi qadının üç mühüm xüsusiyyəti -2

Nümunəvi qadının xüsusiyyətləri barədə çoxlu hədislər mövcuddur. Onların arasında üç xüsusiyyət daha çox önəm kəsb edir.

2- Ailə mədəniyyəti və əsil-nəcabət

.

Xoşbəxt və arzulanan ailəyə nail olmaq üçün yaxşı həyat yoldaşının olması zəruridir. Yaxşı qadının ikinci xüsusiyyəti onun böyüyüb boya-başa çatdığı ailənin mədəniyyəti və əsil-nəcabətinin bəyənilən və dəyərləndirilən olması şərtdir.

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

ایاکم و خضراء الدمن

“Zibilliklərdə bitən göyərtilərdən çəkinin.”

Soruşdular: -Ey Allahın peyğəmbəri! Zibilliklərdə bitən göyərtilərdən məqsədiniz nədir?

Həzrət Muhəmməd (s) buyurdu: “Pis və əxlaqdan kənar mühitdə (ailədə) böyümüş gözəl qızlar.”

Mən la yəhzurəhul fəqih 3-cü cild 391-ci səhifə 4377-ci hədis

.

Sevimli Peyğəmbərimizin (s) yol göstərici sözlərinə əsasən insanın həyat yoldaşı mədəni və ədəbli ailədə tərbiyə almış qız olmalıdır, təki onun malik olduğu pak fitrət və təmiz kök kənardan sərhədsiz olaraq yayılan pozuculuq və əxlaqsızlıq təbliğatının qarşısında sınmasın. Mənəm-mənəm deyən çox ailələr olublar ki, mühitdə yayılmış pozuculuqlar, eləcə də telekanallar ilə yayımlanan psixoloji və şüuraltıəxlaqsız verliş və serialların qarşısında məğlub olmuş, namus, həya və iffətlərini əldən vermişlər. Odur ki, evlənmək istəyən şəxslər öz həyat yoldaşını seçərkən bu əsasa diqqət yetirməlidirlər. Əslində nişanlılıq dövrü kişi ilə qadının bir-birlərini yaxşı tanımaları və birgə ailə qurmaq üçün uyğun olub olmamaqlarını aydınlaşdırmaları üçün fürsət zamanıdır. Ancaq təəssüf ki, əksər insanlar nişanlılıq dövrünü gəzmək, əylənmək, səyahətlərə çıxmaq, hədiyyələr almaq, sevgi mesajlaşmaları və sair ilə başa vururlar.
Utanmaq lazım deyil, nişanlılıq dövründə hətta nişanlınızın ailəsinə gedib onlarda bir bütün günü qonaq olun, onların ailədə özlərini necə aparmalarına baxın, hansı kino serial və verlişlərə baxdıqlarını görün. Gördüyünüz maraqlı nüansları psixoloq və ya əxlaq ustadı ilə müzükirə edin. Nişanlınızın ailə üzvlərinə suallarınızı verin, onların fikirlərini öyrənin. Sualı elə verin ki, cavabınız və sizin fikriniz onlara əvvəlcədən bəlli olmasın.

Məsələn, deməyin ki, paxıllıq pisdir, elədirmi?

Sualı belə verin : Sizcə paxıllıq nə dərəcədə pis yaxud yaxşıdır?

Mədəniyyətsiz və ədəbsiz ailədən məqsəd  həmin ailə üzvlərinin ağıl, düşüncə, anlamaq, mərdlik,  dindarlıq və düzgün rəftardan uzaq olmalarıdır.

Başqa bir hədisdə həzrət Muhəmməd (s) buyurur:

قال : تزوجوا في الحجز الصالح ، فإن العرق دساس

“Əxlaqlı və tərbiyələ ailənin qızı ilə evlənin, çünki qanın (genin) də təsiri vardır.”

Məkarimul əxlaq 197-ci səhifə

Bu hədis o qədər aydındır ki, əlavə izaha ehtiyac yoxdur. Yadınızdan çıxmasın ki, sizin gələcək həyat yoldaşınız həm də sizin övladlarınızın anası olacaqdır.

baxılıb: 300 dəfə