Evlənmək və ailə əxlaqı

Nümunəvi qadının üç mühüm xüsusiyyəti

1- İman və dindarlıq

Layiqli həyat yoldaşı seçmək insan həyatının ən çətin və həssas mərhələlərindəndir. Çünki əgər bu seçimdə qısalıq, diqqətsizlik və etinasızlıq etsək gələcəkdə çoxlu çətinlik və dolaşıqlara rast gələcəyik.

Hamıya bəllidir ki, insanın rahatlıq, asayiş və xoşbətliyinə səbəb olan yaxşı həyat yoldaşı Allah Taalanın insana bəxş etdiyi ən böyük nemətləridən biridir.
Odur ki, sevimli Peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur:

من سعادة المرء الزوجة الصالحة

“Yaxşı həyat yoldaşı kişinin xoşbətlik əlamələrindəndir.”

əl-Kafi 5-ci cild 537-ci səhifə
.

Nümunəvi qadının xüsusiyyətləri barədə çoxlu hədislər mövcuddur. Onların arasında üç xüsusiyyət daha çox önəm kəsb edir.

.

1- İman və dindarlıq

Qurani-kərim ayələrinə əsasən dindarlıqdan məqsəd nümunəvi müsəlman, başqa sözlə layiqli insan olmaqdır. Ustadlar deyiblər: “İnsanın İslamı onun insanlığıdır.”

Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال رسول الله صلى الله عليه وآله : من تزوج امرأة لا يتزوجها إلا لجمالها لم ير فيها ما

يحب ، ومن تزوجها لمالها لا يتزوجها إلا له وكله الله إليه ، فعليكم بذات الدين

“Kim bir qadınla onun gözəlliyinə görə evlənərsə, (ailə qurduqdan sonra) istədiklərini o qadında görməyəcək (buna görə də çox məyus olacaqdır.) Kim bir qadınla onun var-dövlərinə və mal-əmlakına görə evlənərsə Allah o kişinin həmin mal-əmlakın ixtiyarına buraxar. Elə isə dindar qadınlarla evlənin.”

Təhzibul əhkam 7-ci cild 399-cu səhifə

.

Bu nurani kəlamda sevimli Peyğəmbərimiz (s) gözəl ailə qurmaqda üç mühüm incəliyə işarə etmişdir, onların ikisi çəkinmə və xəbərdarlıq, biri isə tövsiyə və məsləhətdir.

a) Qadın ilə onun gözəllik və camalına görə evlənmək əslində bağışlanmaz səhvlərdəndir, həyat belə bir səhvi insana bağışlamır. Kişi əvvəlcə qadının gözəlliyinə məftun olur, onun eşqindən divanəyə dönür, ancaq evləndikdən və o qadınla ailə qurduqdan sonra gözəlliyin ailədə elə bir ciddi əhəmiyyət kəsb etmədiyini görür. Bundan əlavə ailənin xoşbəxtliyi və davamı üçün başqa xüsusiyyətlərin zərurətini gördükdə daha çox peşmançılıq hissi keçirir. Ailənin xoşbəxtliyi üçün qadının ya kişinin gözəllik və camalı şərt deyil. Ailənin zoşbəxtliyi başqa zərurətlərdən asılıdır. Həmin zərurətlərin ən vacibi “iman və dindarlıqdır”. Dindarlıq yalnız namaz qılmaq, oruc tutmaq kimi vaciblərə əməl etməklə məhdudlaşmır. Dindarlıq, yəni “düzgün düşüncə və idraka malik olmaq, rəftar və davranış qaydalarına riayət etmək və şəri vəzifələrini yerinə yetirmək.”

b) Qadınla onun maddi imkanlarına, pulu, evi, xülasə mal-əmlakına görə evlənən şəxsi Allah o malın öhdəsinə buraxar. Burada bir çox incəliklər vardır, o cümlədən:

- Nişanlılıq dövründə kişi və qadın hərəsi öz ata evində qalır, gündüzləri görüşərək deyib-gülür, gəzirlər, ancaq axşam olduqda sağollaşırlar. Bir-birinə çox rahat şəkildə güzəştə gedə bilirlər. Lakin evləndikdən sonra birlikdə yaşamalı olduqda xarakterlərində ciddi fərqlər olduğunu görürlər, təbiidir ki, insanın maddi yaşayış səviyyəsi onun xarakterinə ciddi təsir edir. Varlı ailədə böyümüş insan ilə, kasıb ailədə böyümüş insanlar fikir və dünyagörüşü cəhətindən fərqlənirlər. İnsanın fikir və dünyagörüşü isə onun rəftar və davranışına birbaşa təsir edir. Birinin xoşladığı şey o birsinin acığı gəldiyi şey olur. Bu da isti ailə ocağını soyudur.

- Bu evliliyin üzləşəcəyi ikinci müəmma budur ki, qadınla onun mal-əmlakına görə evlənmiş kişi tədriclə ailədə idarəçiliyin onun əlində olmadığını, qadının istəklərinin hamısı ilə razılaşa bilmədiyini görür. Onların arasında hər hansı bir mövzuda fikir müxtəlifliyi olduqda qadınının sözünü təsdiq etməyə məcbur olur. Kişi qadının əmlakında ciddi bir dəyişiklik etmə səlahiyyətinə malik olmadığını başa düşür. Tədriclə qadının evində özünü müsafir və yaxud qonaq kimi hiss edir. Anlayır ki, arzuladığı ailənin meyarı var-dövlət deyilmiş, zaman keçdikcə onlarda bir-birinə dözümsüzlük yaranır. 

baxılıb: 257 dəfə