Evlənmək və ailə əxlaqı

Evliliyin həmişəlik və sürəkli olmasının əsas üç şərti

Həmişəlik, şad və müvəffəq bir ailə qurmaq üçün üç əsas şərtə ehtiyac vardır. 1- Münasib (uyğun) həyat yoldaşı seçmək 2- Davam edici araşdırma və bilik əldə etmək 3- Zəruri hallarda məsləhət almaq Bu üçünün içindən ən mühümü birinci, yəni uyğun və müvafiq həyat yoldaşı seçə bilməkdir. Ağıllı və dürüst həyat yolunun davam etməsi üçün isə iki sonrakı şərtlər də insanın daimi xoşbəxt həyatında çox mühür rola malikdir.

1- Birinci şərtin meyarları iki hissədən ibarətdirlər.

Birinci hissəyə “uyğunluq və eynilik meyarları” adı verilmişdir ki, buraya zahiri cismi xüsusiyyət, yaş, təhsil səviyyəsi, maddi və iqtisadi vəziyyət şamil edilmişdir.

İkinci hissə batini və gizli tərəflərdən ibarətdir ki, salamatlıq və nöqsansızlıq adlanır. Bu hissə cismi və ruhi sağlamlıqdan, salamat və sabit işdən, salamat və normal ailə vəziyyətindən, camaatla əxlaqi və ədəbi rəftar tərzindən ... ibarətdir.

Birinci hissə ilə ikinci hissənin rabətəsi sanki kənd evlərindəki ev ilə həyətin rabitəsi kimidir. Gərək dəqiqliklə bütün meyarlar və onların müəyyən edilməsi yollarını araşdırasınız, birinci hissənin meyarları tam araşdırıldıqdan sonra çöl həyətindən evin içinə, onda da məqsədli hədəfə doru yalnız irəliyə, yəni müəmmaların sizə aydın və məlum olmasına doğru hərəkət edəsiniz.

Gənclərin əksəriyyəti qarşı tərəflə rastlaşarkən səthi və hisslərdən doğan rastlaşma nəticəsində qarşı tərəfin zahiri cazibəsinin təsiri altına düşürlər. Məssələn, qarşı tərəfin üzü, boyu, geyimi, görünüşü, danışığı və sairin təsiri altına düşürlər. Belə olan halda onlar uyğunluq və müvafiqliq meyarları barədə düşünmədən, həmçinin dərin və batini meyarları tanımadan onunla elənmək arzusuna düşürlər. Amma onunla tanışlıq zamanı davam etdikcə tədriclə görürlər ki, onların arasında maddi-istisadi və ya mədəni, yaxud da ailə baxımından... uyğunluq yoxdur.

Həqiqətdə belə insan o şəxsə bənzəyir ki, bir nəfər ticarət mərkəzinə daxil olur, orada cazibəli və xarici hansısa malı görərək bəyənir, almaq istədiyini bildirir, satıcı həmin malı bükərək ona verdikdə və pulunu istədikdə bu adam sanki yuxudan ayılır. Onun qiymətinin çox baha olduğunu və bunluq olmadığını görüb satıcıdan üzr istəyir...

Buna əsasən görürsünüz ki, seçim ilə xoşagəlmək bir-birinə bağlı deyildir. Həyatda çox şey insanın xoşuna gəlir, amma hər xoşagələni insan həyatının ayrılmaz hissəsi olaraq görməyə razı deyil.

Ona görə də qarşı tərəfə aşiq olmamışdan əvvəl həmin şəxsi hərtərəfli olaraq araşdırın, sizə nə dərəcədə uyğun və müvafiq olub olmadığını bilin.

 Məsəl var, “Əvvəl düşün sonra danış.”

2- Birinci mərhələni keçdikdən, yəni sizə uyğun və müvafiq olan bir şəxsi seçdikdən sonra sizin evlənmədə hansı dərəcədə müvəffəq olmağınız üçün davam edici biliklərə ehtiyacınız var.

Yəni siz və gələcək həyat yoldaşınız müntəzəm olaraq bir-birinizlə olan rabitənizi araşdırmalısınız. Çalışın ki, fərdi bacarıqlarınızı üzə çıxarın, müştərək həyatınızın cizgilərini çəkin...

Bunların ən mühümü isə budur ki, aranızda olan cüzi fərqləri yaxınlaşdırmağa doğru hərəkət edin. Nəzərə alın ki, gələcək həyat yolunuzda hər hansı ailə məsələsində sizinlə gələcək həyat yoldaşınızın planları eynidirmi?! Həyatdakı hədəfləriniz üst üstə düşürmü?! Necə yaşamaq barədə sizin arzularınız oxşardırmı?!

Bu kimi suallara cavab tapmalısınız ki, gələcək həyatınızın nə qədər müvəffəq ola biləcəyini əvvəldən görə biləsiniz.

3- Üçüncü mərhələdə də siz istər evlənmədən əvvəl istər müştərək həyatınız zamanı qarşıya çıxacaq zəruri həyat məsələlərində, hansısa problemlə üzbəüz qalma ehtimalı yaranarkən, ailədə ixtilaf təhlükəsi olarkən... təcrübəli, gözəl qəlbli, bilici şəxslə məsləhətləşəsiniz.

Əgər bu üç şərtə layiqli şəkildə riayət edə bilsəniz ümid edə bilərsiniz ki, siz xoşbəxt və müvəffəq, özüdə həmişəlik və sürəkli bir ailə həyatı yaşayacaqsınız.

baxılıb: 913 dəfə