Evlənmək və ailə əxlaqı

Övladın öz ata anasının boynunda hansı haqları vardır?!

Bəli, ata-ananın övladın boynunda haqqları olduğu kimi özladın da ata-anasının boynunda haqqları vardır. Bu araşdırmada valideynin övladları ilə əlaqədar vəzifələri barədə əvvəlcə Qurani-kərim ayələrini sonra isə hədisləri nəzərinizə çatdıracağıq.

1- Övladlarının əqidə və etidaqlarının düz olmasında onlara yol göstərsinlər.

Qurani-kərim Loğman surəsinin 13-cü ayəsində buyurur:

وَ إِذْ قَالَ لُقْمَانُ لاِبْنِهِ وَ هُوَ يَعِظُهُ يَابُنىَ‏ لَا تُشْرِكْ بِاللَّهِ  إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

“(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!”

 

2- Ananın vəzifəsi övladı iki il müddətində əmizdirməkdir.

Qurani-kərim Bəqərə surəsinin 233-cü ayəsində buyurur:

وَ الْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَينْ‏ كاَمِلَينْ‏ 

“Analar öz övladlarına iki il tamam süd verməlidirlər.”

 

3- Övladın namaz qılmasına nəzarət etsinlər.

Qurani-kərim Loğman surəsinin 17-ci ayəsində buyurur:

يَابُنىَ‏ أَقِمِ الصَّلَوةَ

“(Həzrət Loğman öz oğluna dedi) Oğlum! Namaz qıl.”

 

4- Valideyn övladın canını qorumalı, övladını istər ana  bətnində olarkən abort ilə, istər sonralar müxtəlif yollarla ruzi və sair səbəblər üzündən öldürməməlidir.

Qurani-kərim İsra surəsinin 31-ci ayəsində buyurur:

وَ لَا تَقْتُلُواْ أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ  نحَّنُ نَرْزُقُهُمْ وَ إِيَّاكمُ‏  إِنَّ قَتْلَهُمْ كَانَ خِطْا كَبِيرًا

“Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!”

 

5- Şəriət hökmlərini və vacibi məsələləri övladlarına öyrətsinlər.

Qurani-kərim Loğman surəsinin 17-ci ayəsində buyurur:

يَابُنىَ‏ أَقِمِ الصَّلَوةَ وَ أْمُرْ بِالْمَعْرُوفِ وَ انْهَ عَنِ الْمُنكَرِ وَ اصْبرِ عَلىَ‏ مَا أَصَابَكَ

“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Sənə üz verəcək müsibətlərə döz.”

 

6- Ədəb əxlaqı düzgün şəkildə övladlarına öyrətsinlər.

Qurani-kərim Loğman surəsinin 18-ci ayəsində buyurur:

وَ لَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَ لَا تَمْشِ فىِ الْأَرْضِ مَرَحًا  إِنَّ اللَّهَ لَا يحُبُّ كلُ‏ مخُتَالٍ فَخُورٍ

“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!”

 

Həmçinin Loğman surəsinin 19-cu ayəsində buyurur:

وَ اقْصِدْ فىِ مَشْيِكَ وَ اغْضُضْ مِن صَوْتِكَ

“Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma.”

 

İndi isə hədislər.

Ata-ananın övladları ilə əlaqədar vəzifələri:

 

1- “Övladlarına gözəl ad qoysunlar.”

Mustədrəkul vəsail 15-ci cild 169-cu səhifə 17888-ci hədis

 

2- “Övladlarına gözəl ədəb öyrətsinlər.”

əl-Kafi 6-cı cild 49-cu səhifə

 

3- “Övladlarına Qurani-kərimi və hədisləri öyrətsinlər.”

Mən la yəhzurəhul fəqih 4-cü cild 372-ci səhifə

 

4- “Övladlarına yazı yazmaq öyrətsinlər.”

Rövzətul vaizin 2-ci cild 369-cu səhifə

 

5- “Övladlarına üzgüçülük və ox atmaq öyrətsinlər.”

Kənzul ummal 16-cı cild 226-cı səhifə

 

6- “Övladlarına pak və halal yemək yedizdirsinlər.”

Nəhcül fəsahə 447-ci səhifə

 

7- “Evlənmək zamanları çatanda onlara evlənmələri üçün kömək etsinlər.”

Məkarimul əxlaq 220-ci səhifə

 

8- “Övladlarını Peyğəmbərin(s), Əhli-beytin(ə) və Quranı oxumağın eşqi ilə zinətləndirsinlər.”

Kənzul ummal 16-cı cild 456-cı səhifə

 

9- “Övladlarına namazı öyrətsinlər.”

Məcmueyi Vərram 358-ci səhifə

 

10- “Övladlarını Allaha sarı yönəltsinlər, onların Allahı tanıyan olmalarına kömək etsinlər.”

Tuhəful uqul 263-cü səhifə

 

11- “Övladlarına vacibi əməlləri öyrətsinlər (namaz, oruc və sair)”

Mustədrəkul vəsail 15-ci cild 164-cü səhifə

 

12- “Övladları ilə rəftarda onların arasında ədalətə riayət etsinlər.”

Məkarimul əxlaq 220-ci səhifə

 

13- “Övladlarının ədəbinin davamlılığına, əxlaqlarının yüksəlməsinə və Allah yoluda sabitqədəmliklərinə cavabdehdirlər.”

Tuhəful uqul 263-cü səhifə

 

14- “Övladlarını elm öyrənməyə təşviq etsinlər.”

Kənzul ummal 16-cı cild 224-cü səhifə

 

15- “Övladlarına hörmət və ehtiram etsinlər.”

Məkarimul əxlaq 222-ci səhifə

 

16- “Övladlarına verdikləri sözlərə vəfalı olsunlar, söz verəndə yerinə yetirsinlər.”

Məkarimul əxlaq 219-cu səhifə

baxılıb: 524 dəfə