Evlənmək və ailə əxlaqı

Yalançı sevgilər insanın gələcəyini məhv edir.

Salam. Mən bir qızam, ali məktəbdə oxuyan zaman bir oğlanla dost oldum. O məni özünə aşiq və dəli-divanə etdi. Sonralar isə bildim ki, məndən başqa neçə qızla belə sevgi macərasına malikdir. Mənimlə evlənəcəyini deyirdi, amma neçə illərdi ki, məni aldadır. Bu illər ərzində mənə çox yaxşı yerlərdən elçilər gəlib, amma mən onlara hə deyə bilməmişəm, qorxmuşam ki, bu oğlanın eşqi məni başqa həyatda dinc yaşamağa qoymaz. Yaşım da keçir, bir azdan elçi gəlmək istəyən də olmayacaq. Mən necə edim ki, bu yalançı eşqdən qurtulum? Bu mənim əxlaqıma da çox pis təsir edib. Hamıya bədbinəm, insanlardan qaçıram. Stress və depresiyadan qurtula bilmirəm.

Cavab:

Əvvəlcə onu demək lazımdır ki, bağlılıqlar və vurğunluqlar bir çox hallarda insanı real yaşayış həqiqətlərindən uzaqlaşdıraraq aldadıcı xəyal aləminin şirin yuxularına sürükləyir. Bəzən isə insanda zehni qarışıqlıqlara, fikirin dağınıqlıqlarına səbəb olur. Bütün bunlar insanı günah burulğanına tərəf çəkməyə başlayır. Biz gərək bunu dəkr edək ki, həyatımızda bizə xeyir yalnız Allah Taalanın halal etdiyi şeylərdən gəlir və haram yolla xoşbət olmaq mümkün deyil.

İndi isə qurtuluş yolları:

1- Bilməliyik ki, göbələk kimi peyda olan bağlılıqlar, sevgilər və eşqlərin müddəti qısa, həm də sürəksiz olur. Əvvəldə sürətlə inkişaf etməsinə baxmayaraq birdən birə sanki havaya uçur. Qəfildən peyda olduğu kimi qəfildən də yoxa çıxır. Amma onun mənfi təsirləri bir çox insanların həyatında zəhərə çevrilir. Əgər dəqiq proqram üzrə hərəkət etsəniz yalançı eşqdən və yalançı sevgidən qurtula bilərsiniz. Eşqdən qurtulmaq çətin də olsa bir müddət sonra qərarınızda və iradənizdə qələbə və müvəffəqiyyətin şirinliyi sizin ruhi yorğunluğunuza son soyacaqdır. 

Belə bir yalançı eşq və sevgilərə düşar olaraq günahlara qərq olmuş, bakirəliklərini itirərək həyatlarını iflic etmiş, bu aldanmalara dözə bilməyib intiharlara əl atmaq istəyənləri gözünüzün qabağına gətirin. Elə aqibətlərə düşar ola biləcəyinizdən qorxun. Sizin və ailənizin abrının təhlükəyə düşə biləcəyindən qorxun.

2- Bir dəftər götürün. Bu günün tarixini oraya yazın. Bunu 40 gün fasiləsiz olaraq davam etdirin. Hər gün həmin günün tarixini o dəftərə yazın. Və qərara alın ki, hər gün eşqinizin üzərində işləyin. Qərara alın ki, 40 günə qədər bu proqrama əməl edəcəksiniz. Bilin ki, istədiyiniz müsbət nəticəni almaq üçün səbr və hövsələyə ehtiyacınız var.

Siz deyə bilərsiniz ki, mən dəfələrlə bu eşqdən qurtulmaq istəmişəm amma məndə alınmayıb.  Sizə cavabınızda bunu demək olar ki, siz proqram əsasında deyil, pərakəndə şəkildə istəmisiniz amma qurtula bilməmisiniz. Bir günün içində siz o eşqdən qurtula bilməzsiniz. Elə isə hər gün eşqinizdən 40-dan bir hissəni azlatmağa çalışın. Yəni eşq xəyallarınızdan, eşqin əsirindən olan rəftarlarınızdn hər gün 40-da bir azaldın.

3- Bu mərhələdə öz rəftarlarınız üzərində işləyin. Onu yadınıza salan bütün vasitələrin yox edin. Məsələn, onun şəkillərini cırın, onun hədiyyələrini aparın çölə zibilliyə atın, telefonunuzda mesajları qalıbsa onları silin, onun nömrəsini telefondan pozun. Bunları bir gündə etməyiniz lazım deyil. Hər gün belə vasitələrin 40-dan birini ya 20-dən birini yada daha çoxunu silməyə çalışın. 40 gündə bunun necə effektiv olacağını görəcəksiniz.

4- Düşdüyünüz yalançı eşq və sevgi rəftarının əksinə əməl edin. Məsələn:

- Hər gün heç olmazsa 10 dəqiqə Qurani-Kərim oxuyun.

- Peyğəmbərin(s) və İmamların(ə) münacatlarınıdan, dualarından, ziyatərnamələrindən oxuyun.

- Təhsil ya işinizlə əlaqədar bir plan götürün və o planın üzərində işləyin.

- Öz yaşıdlarınızla ictimai və yoldaşlıq rabitələri qurun.

- İmanlı, müvəffəq , işini bilən, təmiz insanlarla məclislərdə iştirak edin.

- Çalışın ki, bekarçılıqdan uzaq olasınız, bekarçılıq zamanlarında mütaliə, idman, ictimai işlər, incəsənət ... ilə başınızı qatın.

- Hər gecə yatmamışdam əvvəl həmin adamın pisliklərini yada salıb yatın. Çalışın bu yada salma ancaq yatmaq zamanı olsun. Bu yol istəyinizə çatmaqda sizə kömək edəcəkdir.

- Çalışın tənhalıqdan və xəyala dalmaqdan uzaq olasınız.. Çünki siz xəyala dalsanız nəfsinin onun aldadıcı xatirələrini zehninizdə cilvələndirəcək və sizi yenidən alovlandıracaq.

5- Bu eşqə qarşı (adama yox eşqə) özünüzdə nifrət yaradın. Bu yolla onu tərkisilah etmiş olacaqsız və o sizin zehninizdən çıxacaq.  Zehninizə gəlmək istəyəndə yadınıza salın ki, bu sizin əxlaqınıza nə qədər mənfi təsir qoyur. Ondan uzaqlaşmaq sizə nə qədər xeyir olacaq. Bunları hər gün təkrar etsəniz 40 günə siz azad olacaqsınız. Öz özünüzə deyin:

-Mən onu düzgün tanıya bilmədim, o özünü mənə yalan tanıtdırdı

- Onunla evlənsəm belə xoşbəxt olmayacaqdım

- Təhsilim əldən gedəcəkdi

- İztirab və depresiyam getdikcə çoxalır

- İctimai və ailə uğurlarım təhlükədədir

- Günaha batmaq astanasındayam

.....

6- Çalışın ki, o sizin xəyalınıza gələn kimi onun qarşısını alın, onun əksini zehninizdə canlandırın.

Əgər sizdən xəbərsiz olaraq zehninizə girdiyini görsəniz əlinizi yumruq edin və yumruğunuz ilə divara ya stola astaca vuraraq “BƏSDİR” deyin. Bu sizə çox müsbət təsir edəcək.

-Mütaliənizə başlayın

- Qurani-Kərimin ayələrinin mənaları barədə düşünün

- 12-ci İmamın barəsində fikirləşin

- 14 məsuma təvəsül edin

- Ata-ananız, bacı-qardaşlarınızla ünsiyyəti dərinləşdirin.

7- Əgər haçansa məyus olsanız öz özünüzə deyin ki, sizə eşqə düçar olmaq qüdrəti verən Allah, sizə eşqən qurtula bilmək qüdrəti də vermişdir. Allah Taalaya təvəkkül etməklə uzağı 40-günə o eşqin şərrindən qurtula bilərsiniz.

8- Öz gələcəyinizi fikirləşin, siz xoşbəxt olmaq istəiyrsinizsə sizin xoşbəxtliyiniz yolundakı bütün maneələri qarşınızdan götürməlisiniz.

Qorxmayın, şeytanın hiyləsi zəifdir (Nisa surəsi 76-cı ayə). Sadəcə o özünü sizə güclü və yenilməz kimi göstərmək istəyir.

Allah Taalaya çoxlu dualar edin. Allah Taala sizi müvəffəq eləsin.

baxılıb: 753 dəfə