Quran və Əxlaq

Quran oxumaq əxlaqı

Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə

Qurani-kərim möminlərə Quran oxumaq ilə əlaqədar beş mühüm tapşırıq verir.

1- Təmizlik və paklıq

Qurani-kərim Vaqiə surəsinin 79-cu ayəsində buyurur:

لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

“Ona (qurana) yalnız pak olanlar toxuna bilər.”

Paklıq iki növdür, zahiri və batini. Zahiri paklıq budur ki, insan boynunda qüsl qolduğu halda Qurana toxuna bilməz. Həmçinin dəstəmazsız halda Quranın yazılarına toxunmaq və al vurmaq olmaz.

Batini paklıqdan isə məqsəd budur ki, fikri (əqidəsi) və qəlbi (əxlaqı) pak və saf olmayan insan Quranın batininə toxuna bilməz, Quranı düzügn dərk edə bilməz, Quranın batininə və sirrinə vaqif ola bilməz. Quranın batini, dərinliyi, sirri və incəlikləri ilə ünsiyyətdə olanlar yalnız fikri (əqidəsi) və qəlbi (əxlaqı) pak və saf olan insanlardırlar.

.

2- Allaha sığınmaq

Qurani-kərim Nəhl surəsinin 98-ci ayəsində buyurur:

فَإِذَا قَرَأْتَ الْقُرْءَانَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

“Quran oxuduğun zaman (itaətsizliyə görə Allah dərgahından) qovulmuş şeytandan Allaha sığın.”

Burada Quran oxuyan zamanda Allaha sığnmaqdan məqsəd yalnız dil ilə “əuzu billahi minəş şeytanir-rəcim” demək deyil, əksinə burada məqsəd budur ki, insan Allah yolunda maneə yaradan və Onun yolunu insanlara bağlamağa çalışan düşmənlərdən daima Allah Taalaya sığınmalıdır. Əuzu-billah demək, yalnız bu bilik və addımın müqəddiməsi, eləcə də insana bu yolda müvəffəq olmaq üçün təkandır. İnsanın İlahi mənəvi yolda üç dəstə düşmənləri vardır.

a) Şeytan

b) İnsanlardan olan şeytanlar, Allahla düşmənçilik edənlər

c) Nəfsin istəkləri və pis xasiyyətlər, o cümlədən: Təkəbbür, lovğalıq, qeybət etmək, söyüş söymək, yalan dünışmaq, sözünə əməl etməmək, əmanətə xəyanət etmək, böhtan atmaq, haram yemək...

.

3- Qurani diqqətlə, aydın və aramla oxumaq

Qurani-kərim Müzzəmmil surəsinin 4-cü ayəsində buyurur:

وَ رَتِّلِ الْقُرْءَانَ تَرْتِيلاً

“Quranı aramla və diqqətlə oxu.”

Quranı diqqətlə, aramla, mənasını anlayaraq və sözlərini aydın şəkildə tələffüz edərək oxumaq lazımdır. Quran oxuyan zaman tələsməq, diqqətsizlik və fikrin başqa yerdə olması insanın Quranı başa düşməsinə bir maneə olmaqdan əlavə, həm də insanın iman və əqidəsinə mənfi təsir göstərir.

.

4- Ayələrin batini və həqiqəti barədə düşünmək

.

Qurani-kərim Muhəmməd (s) surəsinin 24-cü ayəsində buyurur:

أَ فَلَا يَتَدَبَّرُونَ الْقُرْءَانَ

“Onlar Quran barədə düşünməzlərmi?”

İnsanlara Quran barədə düşünməsi “tədəbbür” kəlməsi ilə ifadə edilir. Tədəbbür hər hansı bir zahiri şeyin batini və görünməyən tərəfi barədə düşənməkdir. Quranda tədəbbür etməkdən məqsəd Quran ayələrinin batini, həqiqəti və incəlikləri barədə düşünməkdir.

.

5- Quran oxunan zaman sakit

Qurani-kərim Əraf surəsinin 204-cü ayəsində buyurur:

وَ إِذَا قُرِئَ الْقُرْءَانُ فَاسْتَمِعُواْ لَهُ وَ أَنصِتُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ

“Quran oxunan zaman ona diqqətlə qulaq asın və sükut edin ki, bəlkə (bunun sayəsində) sizə rəhm olunsun.”

Qurana qulaq asanların da Quran qarşısındakı vəzifələri vardır. Onların vəzifəsi  Quran oxunan zaman sükutla Quranı dinləmək, eşitdiyi ayələrin mənası barəfə təfəkkür etmək, onlara əməl edərək yaxşı insanların cərgəsində olmaq nailiyyətini əldə etməkdir.

baxılıb: 322 dəfə