Quran və Əxlaq

Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri -1

Birinci hissə

Qurani-kərimdə yaxşı insanların bir çox xüsusiyyətləri qeyd edilmişdir, onların ən mühümləri aşağıdakılardır:

1- Təqva

Təqva insanı günah və pis işlərdən saxlayan, ona pis işlərə aludə olmağa qoymayan xasiyyətlərdən ibarət batini bir qüvvədir.

Allah Taala bir çox ayələrdə insanlar təqvanı tapşırmış və təqvalı insanları tərifləmişdir. Qurani-kərimin Hücurat surəsində buyurduğuna görə Allahın yanında insanların ən üstünü və ən dəyərlisi başqalarından daha təqvalı olanlardır.

Hücurat surəsinin 13-cü ayəsində oxuyuruq:

يَأَيهُّا النَّاسُ إِنَّا خَلَقْنَاكمُ مِّن ذَكَرٍ وَ أُنثىَ‏ وَ جَعَلْنَاكمُ‏ْ شُعُوبًا وَ قَبَائلَ لِتَعَارَفُواْ  إِنَّ أَكْرَمَكمُ‏ْ عِندَ اللَّهِ أَتْقَئكُمْ  إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinənizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”

Təqvalı insanlar ona görə belə bir uca məqama nail olublar ki, onlar İlahi göstərişləri gündəlik həyatlarında tətbiq etmək üçün bütün səy və bacaıqlarından istifadə etmiş, heç vaxt nəfsi istəklərini Allah Taalanın göstərişlərindən qabağa salmamışlar.

.

2- Hədəflərə çatmaq üçün cihad və mübarizə

Qurani-kərimin bir çox ayələri cihad və mübarizə barəsindədir. Mübarizə əhli olmaq o deməkdir ki, imanlı insan İlahi, fərdi-mənəvi, ictimai və başqa sahələrdə şəriətin və ya həmin şəxsin vicdanının ondan tələb olunan göstərişlərini yerinə yetirmək üçün öz maddi imkanlarını, bacarıq və elmini, son mərhələdə isə hətta canını fəda etməyə hazır olsun. Qurani-kərimin ayələrinə əsasən cihad və mübarizə əhli olan insanlar, mübarizə əhli olmyan zəif və qorxaq adamlardan üstündürlər.

Allah Qurani-kərimin Nisa surəsinin 95-ci ayəsində buyurur:

لَّا يَسْتَوِى الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيرْ أُوْلىِ الضرَّرِ وَ المْجَاهِدُونَ فىِ سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَ أَنفُسِهِمْ  فَضَّلَ اللَّهُ المْجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَ أَنفُسِهِمْ عَلىَ الْقَاعِدِينَ دَرَجَةً  وَ كلاُّ وَعَدَ اللَّهُ الحْسْنىَ‏  وَ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلىَ الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا

“Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.”

Həmçinin Tövbə surəsinin 111-ci ayəsində oxuyuruq:

إِنَّ اللَّهَ اشْترى‏ مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَ أَمْوَالهَم بِأَنَّ لَهُمُ الْجَنَّةَ  يُقَتِلُونَ فىِ سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَ يُقْتَلُونَ  وَعْدًا عَلَيْهِ حَقًّا فىِ التَّوْرَئةِ وَ الْانجِيلِ وَ الْقُرْءَانِ  وَ مَنْ أَوْفىَ‏ بِعَهْدِهِ مِنَ اللَّهِ  فَاسْتَبْشِرُواْ بِبَيْعِكُمُ الَّذِى بَايَعْتُم بِهِ  وَ ذَالِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!”

.

3- Təvazökarlıq

Allah Taala qarşısında təvazökar olaraq qəlbləri haqq yolda arxayın və yəqin dərəcəsində olan insanlar Qurani-kərimdə “muxbitin” (təvazökarlar) adı ilə yad edilirlər. Bu şəxslər elə insanlardırlar ki, Allah Taalanın mübarək adını eşitməklə qəlbləri İlahi xof və ümid ilə dolur, çətinliklər qarşısında səbirli olur, malik olduqları maddi imkanlarından ehtiyaclı insanlara yardım edirlər.

Qurani-kərim Həcc surəsinin 34 və 35-ci ayələrində buyurur:

فَإِلَاهُكمُ‏ْ إِلَاهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُواْ  وَ بَشِّرِ الْمُخْبِتِينَ

الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَ الصَّابرِينَ عَلىَ‏ مَا أَصَابهَمْ وَ الْمُقِيمِى الصَّلَوةِ وَ ممِّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

“Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!

O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.”

baxılıb: 275 dəfə