Quran və Əxlaq

Xəstələndikdə, mənə şəfa verən Odur.

Ən pis xəstəlik qəlbin kor olmasıdır.


Allah Taala Qurani-kərimin 26-cı Şüəra surəsinin 80-ci ayəsində buyurur:

وَ إِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ

"Xəstələndikdə, mənə şəfa verən Odur."
.
Ayənin inacəliklərindən biri budur ki, xəstəliyin yaranmasının müqəssiri insan özüdür. Həmçinin hər bir xəstəliyin şəfası Allah Taala tərəfindəndir. İstər cismi istərsədə ruhi-mənəvi-qəlbi xəstəliklərin əlac və dərmanları vasitədirlər, o müalicə üsullarının təsiri isə Allah Taalanın iradəsi əsasındadır.
.
Cismi, yəni bədəni xəstə olan insan, yeməyin ona həyat verəcəyinə və tez sağalmasına səbəb olacağına baxmayaraq yemək yeməyə meylli olmur. Yeməkdən imtina edir, yeməyin iyi ondan ikrah hissi yaradır.
İnsanın cismi xəstəliklərə məruz qaldığı kimi onun qəlbi də xəstəliklərə məruz qalır.
.
Qəlb də nəfsi istəklər, təkəbbür, yalançılıq, vədə xilaflıq, paxıllıq, riyakarlıq, xəsislik, maddipərəstlik və ilaxır xəstəliklərinə tutulduqda həmin insan Allah Taalanın zikrinin və ibadətinin ona nə qədər çox faydalı olduğunu bilməsinə baxmayaraq zikrə və ibadətə meylli olmur.
.
Yemək nə qədər dadlı olsa belə cismi xəstə olanın ağzında heç bir dad və ləzzətin olmadığı kimi, Allahı zikr etməyin və ibadətin nə qədər şirin və ləzzətli olmasına baxmayaraq Qəlbi və Ruhu xəstə olan insan Allaha ibadət və bəndəçiliyin ləzzət və şirinliyini duya bilmir.
.
Odur ki, TİBB HƏKİMLƏRİ deyirlər: - Əgər dadlı yeməklərə səndə meyil (istək) yoxdursa və onlara qarşı səndə ikrah etmək və iyrənmək hissi vardırsa deməli, sənin cismində problem vardır.
Eləcə də ƏXLAQ USTADLARI deyirlər: - Əgər Allah Taalanın zikrinə, ibadətlərə, dua və münacatlara nisbət səndə istək, həvəs və sevgi yoxdursa və sən onlardan ləzzət ala bilmirsənsə deməli, sənin Qəlbində və Ruhunda problem vardır.
Əmirəlmöminin Əli əleyhissalam buyurur:
"Ən pis xəstəlik Qəlbin kor olmasıdır."
Qəlbin kor olmasından məqsəd əsasən Küfr, Şəkk, Şübhə, Riyakarlıq, Cəhl və Elmsizlikdir.

baxılıb: 334 dəfə