Quran və Əxlaq

Bizim məsləhətimiz nədədir?!

Qurani-kərim Bəqərə surəsinin 216-cı ayəsində buyurur: وَ عَسىَ أَن تَكْرَهُواْ شَيْا وَ هُوَ خَيرْ لَّكُمْ وَ عَسىَ أَن تُحِبُّوا شَيْا وَ هُوَ شَرٌّ لَّكُمْ وَ اللَّهُ يَعْلَمُ وَ أَنتُمْ لَا تَعْلَمُونَ “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.”

Keçmiş zamanlarda London şəhərinin yaxınlığındakı kəndlərdən birində Bir qoca kişi yaşayırdı, bu qocanın bir oğlu və həyətində bir atı vardı.

Günlərin birində bu kişinin atı həyətdən meşəyə qaçdı. Qonşuların hamısı bu qocanın evinə gəlib kişiyə təsəlli vermək məqsədilə dedilər: narahat olma, olan işdir. Bəxtin belə pis oldu ki, atın qaçdı.

Qoca kişi dedi: -Siz nə bilirsiniz ki, mənim bəxtim pis oldu?

Qonşular təəccüblə dedilər: -Məlumdur da, bir atın vardı o da qaçdı getdi.

Bir həftədən sonra qocanın qaçmış atı iyirmi çöl atı ilə həyətə gəldi.

Qonşular hamısı mat qaldılar, kişini təbrik etmək üçün onun evinə gəldilər və dedilər: Nə gözəl bəxtin varmış, bir atın vardı,  o da qaçmışdı, amma indi iyirmi bir atın var.

Qoca kişi dedi: Siz hardan bilirsiniz ki, bu, mənim bəxtimin gözəl olmağının əlamətidir?

Qonşular dedilər: Görürük də. Heç elə bir adam varmı ki, dayanan yerdə iyirmi çöl atı özü bunun evinə gələ?!

Səhəri gün qocanın oğlu həyətdə çöl atlarını əhilləşdirməklə məşğul olduğu anda atdan yıxıldı və ayağı sındı.

Qonşular bunu görcək yenidən qoca kişinin yanına gəlib dedilər: Nə pis bəxtin varmış?

Qoca kişi dedi: Siz haradan bilirsiniz ki, mənim bəxtim yaxşıdır ya pisdir?!

Qonşular əsəbləşərək dedilər: -Oğlunun ayağı sındı, qaldı şikəst. Bu əlbəttə ki, bu, sənin bəxtinin pis olmasıdır.

On gün sonra ölkənin müdafiə nazirliyindən ali rütbəli bir zabit hərbi dəstə ilə kəndə gələrək Fransa ilə müharibə üçün kəndin bütün cavanlarını apardı, bu qoca kişinin oğlu çolaq olduğu üçün onu aparmadılar.

Qonşular qoca kişiyə dedilər: -Bəxtəvərsən, nə yaxşı bəxtin varmış.

Qoca kişi dedi: -Haradan bilirsiniz ... ?! ...

.

Nəticə:

Həyatımıza baxanda görürük ki, xeyrimizə olduğunu təsəvvür etdiyimiz işin bizim ziyanımıza olduğunu, eləcə də bizim ziyanımıza olacağını zənn etdiyimiz işlərin bizim xeyrimizə olduğunu zaman bizə sübut etmişdir.

Nə qədər xoşlamadığımız işlər olub ki, axırda o işin bizə çox faydalı və xeyirli olduğunu başa düşmüşük.

Nə qədər xoşladığımız işlər olub ki, o iş bizim ziyanımız ilə nəticələnmişdir.

Bi nəfər sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) yanına gəlib dedi:

Ey Allın peyğəmbəri! Mən uzaq bir yerdən gəlmişəm. Bir də nə vaxtsa mənim sizin yanınıza gələ biləcəyim müəmmalıdır. Mənə elə bir nəsihət edin ki, ömrümün axırına qədər ona əməl edim, o nəsihət məni heç vaxt səhv və xataya düşməyə, yolumdan azmağa qoymasın.

Peyğəmbər(s) üç dəfə soruşdu: Desəm, sözümə əməl edəcəksənmi?

Hər dəfədə kişi dedi: Əlbəttə edəcəyəm, ey Allahın peyğəmbəri.
Həzrət Peyğəmbər(s) buyurdu: “Hər hansı bir işi etmək istəyəndə əvvəlcə o işin aqibəti barədə düşün.”

baxılıb: 648 dəfə