Quran və Əxlaq

Qurani-kərimdə "üzr istəmək" mövzusu ilə əlaqədar ayələrə bir baxış -2

İkinci hissə

5- Kəhf surəsi 76-cı ayə

قَالَ إِن سَأَلْتُكَ عَن شىَءِ  بَعْدَهَا فَلَا تُصَاحِبْنىِ  قَدْ بَلَغْتَ مِن لَّدُنىّعُذْرًا

“(Musa) dedi: Əgər bundan sonra da səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”

Bu ayə Musa peyğəmbər ilə Xızrın macərasını aşıqlayan ayələrdəndir. Musa peyğəmbər Xızra söz verir ki, ondan etdiyi qeyri-adi hərəkətlərin səbəbini soruşmayacaq. Lakin hər dəfə qeyri-adi rəftarları görən kimi ondan səbəbini soruşur. Bu ayədə Musa peyğəmbər Xızra söz verir ki, əgər bir də soruşsam, sənin məndən ayrılmaq haqqın vardır. Onda sən üzrlü olacaqsan.

 

6- Rum surəsi 57-ci ayə

فَيَوْمَئذٍ لَّا يَنفَعُ الَّذِينَ ظَلَمُواْ مَعْذِرَتُهُمْ وَ لَا هُمْ يُسْتَعْتَبُونَ

“O gün (dünyada özlərinə və insanlara) zülm edənlərin üzrləri onlara fayda verməyəcək və onların peşmançılıqlarının (tövbə etmələrinin) faydası olmaz.”

Burada bunu da qeyd etməliyik ki, bəzi ayələrdə günahkarlara Qiyamət günü üzr istəməyə izacə verilməyəcəyindən söz açılır. “Onlara üzr istəməyə izn verilməyəcək” (Mursəlat 36). Halbuki bu ayədə deyilir : “Üzrləri onlara fayda verməyəcək.” Bu ayələr arasında heç bir ziddiyyət yoxdur, çünki Qiyamətin müxtəlif mərhələləri vardır. Onların bəzisində yalnız bədən üzvləri, əl ayaq və sair danışacaq, bəzi mərhələlərdə insanların özlərinə danışıq üçün fürsət veriləcək...

Deməli, üzr istəmək üçün son mərhələ elə bu dünyadadır. Axirətdə insanların üzr istəmələrinin faydası yoxdur.

 

7- Ğafir (Mömin) surəsi 52-ci ayə

يَوْمَ لَا يَنفَعُ الظَّالِمِينَ مَعْذِرَتهُمْ  وَ لَهُمُ اللَّعْنَةُ وَ لَهُمْ سُوءُ الدَّارِ

“Həmin gün (Qiyamət günü) zalımların üzrxahlıqları onlara fayda verməyəcək. Onlar üçündür (Allahın) lənəti və onlar üçündür pis ev (yer).”

Bir tərəfdən onların etdikləri pisliklər ilə əlaqədar üzr və bəhanə gətirməkləridən fayda görməyəcəkləri, başqa bir tərəfdən Allahın rəhmətindən uzaq olmaqları və lənətə düçar olmaqları, üçüncü tərəfdən isə onların cismi cəhətdən əzab içində və cəhənnəmin ən pis yerində olmaqları onların bu dünyadakı günah və pisliklərinin nəticəsidir.

 

8- Təhrim surəsi 7-ci ayə

يَأَيهُّا الَّذِينَ كَفَرُواْ لَا تَعْتَذِرُواْ الْيَوْمَ  إِنَّمَا تجُزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

“(Qiyamət günü deyiləcək) ey kafirlər! Bu gün üzr gətirməyin, çünki siz ancaq (dünyada) etdiyiniz əməllərinizə görə cəzalandırılırsınız.”

Onların oradakı üzrləri əgər tövbə mənasında olarsa da, onun heç bir faydası olmayacaq. Çünki tövbənin yeri bu dünyadır, pis iş görən insanlar bu dünyada peşman olmalı və tövbə etməlidirlər.

 

9- Mursəlat surəsi 5 və 6-cı ayələr

فَالْمُلْقِيَاتِ ذِكْرًا

عُذْرًا أَوْ نُذْرًا

“And olsun zikri (Quranı) oxuyanlara ki, (onlar Quranı oxumaqları nəticəsində insanları) üzr istəməyə (tövbə etməyə sövq edirlər) və (İlahi cəzalardan) qorxudurlar.”

Bəli, Quranın Allah tərəfindən gəlməsi insanların qəflət yuxusundan ayılmaları, etdikləri günahlara görə üzr istəmələri, yəni tövbə etmələri üçündür. Tövbə etməyənlərə isə pis əməllərinin cəzasının şiddətli olacağını bildirir.

 

10- Mursəlat surəsi 36-cı ayə

وَ لَا يُؤْذَنُ لهَمْ فَيَعْتَذِرُونَ

“Onlara üzr istəməyə də icazə verilməyəcək.”

Onlara danışmağa belə izn verilməyəcək. Onlara nə üzr istəyərək tövbə etməyə, nə də etdiyi pis işlərdə özlərini haqqlı çıxarmaq və müdafiə etmək üçün üzr gətirməyə icazə verilməyəcək. Bu dünyada onlara üzr istəyərək təvbə etmələri üçün kifayət qədər ömür fürsəti verilmişdi. Onlar isə nəinki üzr istəməyib tövbə etmədilər, əksinə Peyğəmbərləri və İmamları inkar etdilər, Quranın göstərişlərinə əməl etmədilər. Bu özü onlar üçün böyük və dərdli bir əzabdır ki, onlara heç üzr istəməyə də icazə verilmir.

 

11- Qiyamət surəsi 14 və 15-ci ayələr

بَلِ الْانسَانُ عَلىَنَفْسِهِ بَصِيرَةٌ

وَ لَوْ أَلْقَىمَعَاذِيرَهُ

“Doğrusu insan özü-özünə (batininə) agahdır (içindəki niyyətlərindən xəbərdardır). Baxmayaraq ki, (zahirdə etdiklərinə görə bəhanə və) üzr gətirməklə məşğuldur.”

Buna əsasən insan zahirdə etdiyi günahlara görə üzr gətirərək başqa insanları aldada bilsə də, özünü aldada bilməz. O öz niyyət və hədəfindən tam agah və xəbərdardır. Özünü aldada bilməyən insan, təbii ki, Allahı da aldada bilməz. 

baxılıb: 565 dəfə