Quran və Əxlaq

Qurani-kərimdə "üzr istəmək" mövzusu ilə əlaqədar ayələrə bir baxış

Birinci hissə

“Üzr” sözü lüğətdə insanın xoşagəlməz bir işi etdiyi və ya lazımlı işi etmədiyinə görə danlaq və məzəmmətdən qurtulmağı üçün gətirdiyi bəhanə və səbəb mənasınadır. Bununla da həmin insan bunun nəticəsində etdiyi xoşagəlməz işinə və ya etmədiyi lazımlı işə görə gətirdiyi bəhanə ya səbəb nəticəsində danlanmır, məzəmmət edilmir.

Xətaya düçar olmüş şəxsin üzr istəməsi və eləcə də qarşı tərəfin üzürü qəbul etməsi hər ikisi üçün fəzilət və dəyərdir. Həm üzr istəmək həm də üzürü qəbul etmək ilə əlaqədar Qurani-kərimdə və hədislərdə tövsiyyələr edilmişdir. Çünki bu rəftar həmin şəxsə təkamül və dürüstlük yoluna qayıtması üçün fürsət və zəmin yaradır, üzürü qəbul edən şəxs üçün isə onun insani keyfiyyətinin sınanmasıdır.

İnsanın bu rəftarı onun əxlaqi xasiyyət olan əfv və güzəşt etmək xasiyyətinə malik olduğunu göstərməklə yanaşı zərfiyyətinin genişliyindən və dərkinin yüksəkliyindən xəbər verir.

Üzr ilə əlaqədar iki vacib məsələni qeyd etmək lazımdır.

1- Bilməliyik ki, “üzr istəmək” ilə “üzr gətirmək” sözləri bir-birindən tam fərqli sözlərdir.

2- Üzr istəmək hər yerdə və hər zaman keçərli deyil. Qiyamət günündə istəniləcək üzrlərin heç bir faydası olmayacaq.

 

“Üzr istəmək (diləmək)” sözü ilə “üzr gətirmək” sözü arasındakı fərq nədədir?!

Hər şeydən əvvəl onu qeyd edək ki, Qurani-kərimdə “üzr” kəlməsi on iki (12) dəfə işlənmişdir.

Qurani-kərim üzr istəmək ilə üzr gətirməyin arasında əsaslı və mühüm fərqlər qoymuşdur. Belə ki, üzr istəməyi əxlaqi üstünlükdən saydığı halda, üzr gətirməyi qeyri normativ və yanlış bir üslub sayır, insanı üzr gətirməkdən çəkindirir.

Üzr istəmək (diləmək) –öz qəbahət vəyanlış  hərəkətinin bağışlanmasını xahiş etməkdir.

Üzr gətirmək isə -müqəssir olmadığını sübut etmək üçün səbəb və bəhanə gətirməkdir.

Üzr gətirmək, əslində insanın qarşı tərəfə olan məkr və hiyləsini nümayiş etdirir.

 

Qurani-kərimdə “üzr” sözləri:

1- Əraf surəsi 164-cü ayə

وَ إِذْ قَالَتْ أُمَّةٌ مِّنهْمْ لِمَ تَعِظُونَ قَوْمًا  اللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبهُمْ عَذَابًا شَدِيدًا  قَالُواْ مَعْذِرَةً إِلىَ‏ رَبِّكمُ‏ وَ لَعَلَّهُمْ يَتَّقُونَ

“Onlardan bir dəstə: “Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?” – dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: “(İnsanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür, həm də bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) pis əməllərdən çəkinsinlər!” – dedilər.”

Bəni İsrail qövmündə insanlar üç dəstə idi, günahkarlar, sakit dayananlar və öyüd-nəsihət verənlər. Möminlər günahkarları pis işlərdən çəkindirərkən günahkarların məhv olmalarını istəyən adamlar möminlərin bu işlərinin əbəs olduğunu və onların nəsihətlərinin fayda verməyəcəklərini deyirdilər. Lakin möminlər öz hərəkətlərinə iki səbəb gətirirlər.

a) Allah qarşısında Qiyamət günü bu hadisə ilə əlaqədar üzrümüz olsun. Burada üzrdən məqsəd budur ki, əmr be məruf və nəhy əz munkər (insanları yaxşı işlərə sövq etməkvə  pis işlərdən çəkindirmək) dinin vacibi əməllərindəndir. Bu vacibi əmri yerinə yetirməyənlər Qiyamət günü Allah qarşısında cavab verməlidirlər. Möminlər deyirlər: “Əgər biz bunu etməsin Qiyamət günü günahkar olarıq, biz bunu edirik ki, Qiyamət günü bu vacibi əməli etmədiyimizə görə üzr gətirməli olmayaq. Çünki Qiyamət günü üzrün heç bir faydası olmayacaq.

b) Bizim nəsihətlərimiz fayda verə bilər, hamısı da olmasa bəziləri hidayət ola bilər. İndi də olmasa sonralar peçman olanda bizim sözlərimizi xatırlayıb hidayət ola bilərlər.

 

2- Tövbə surəsi 66-cı ayə

لَا تَعْتَذِرُواْ قَدْ كَفَرْتمُ بَعْدَ إِيمَانِكمُ‏  إِن نَّعْفُ عَن طَائفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَائفَةَ  بِأَنهَّمْ كَانُواْ مجُرِمِينَ

“(Əbəs yerə) üzr gətirməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!

Bu ayədə döyüşdən qaçan şəxslərin döyüşdən sonra müsəlmanların yanına gələrək üzr gətirmələrindən bəhs edilir. Ayədən məlum olur ki, bu şəxslər münafiqlər idilər, hərçənd ki, döyüşdən əvvələ qədər özlərini mömin kimi göstərirdilər, amma müharibə məsələsi ortaya çıxan kimi onların üzərindən pərdə götürüldə və onların iç üzləri açıldı.

Ona görə də ayədəki “üzr” sözü üsr istəmək yox, üzr gətirmək mənasınadır. Çünki onlar qəsdən döyüşdən qaçmışlar, buna görə də onların özlərini haqq çıxarması mümkün deyil. Ayədə onların yalnız üzründən söz açıldığını görürük. Əgər onların üzr istəməyindən söhbət getsəydi, ayədə onların döyüşə getməməkdə günahkar olduqlarını etiraf etmələrindən söz açılardı.

 

3- Tövbə surəsi 90-cı ayə

وَ جَاءَ الْمُعَذِّرُونَ مِنَ الْأَعْرَابِ لِيُؤْذَنَ لهَمْ وَ قَعَدَ الَّذِينَ كَذَبُواْ اللَّهَ وَ رَسُولَهُ  سَيُصِيبُ الَّذِينَ كَفَرُواْ مِنهْمْ عَذَابٌ أَلِيمٌ

“Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.”

Bu ayə Təbuk döyüşü ərəfəsində nazil olmuşdur. Qurani-kərim burada iki dəstənin halından bəhs edir. Birinci dəstə onlardırlar ki, döyüşə getməmək üçün həqiqətən də üzrlü səbəbləri vardır. Yəni onlar yalandan üzr istəmirlər.

İkinci dəstə isə müqəssir olduqları üçün Peyğəmbərin (s) yanına gəlib üzr istəyə bilmirlər. Çünki onlar tam sağlam, döyüşə yararlıdırlar və döyüşə getməmək üçün heç bir üzrləri yoxdur.

 

4- Tövbə surəsi 94-cü ayə

يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيهْمْ  قُل لَّا تَعْتَذِرُواْ لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللَّهُ مِنْ أَخْبَارِكُمْ

“(Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) üzr gətirməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir.”

Bu ayə müsəlmanlara xəbərdarlıq edir ki, münafiqlərin (riyakarların) yalançı üzrlərinə və andlarına inanmasınlar. Siz döyüşdən qayıdanda münafiqlər yanınıza gəlib döyüşə getməkdən imtina etdiklərinə üzr və bəhanələr gətirəcəklər. Onların üzr və bəhanələrini qəbul etməyib onlara deyin ki, “Üzr gətirməyin, onsuz da sizin sözlərinizə inanan deyilik. Çünki Allah sizin barənizdə bizə xəbər vermişdir. Buna görə də biz sizin şeytani hiylələrinizdən və planlarınızdan xəbərdarıq.”

Münafiqlər döyüşə getməkdən imtina edirlər, müsəlmanların döyüşdən qələbə və zəfərlə qayıtdığını gördükdə onların yanına gəlib üzr gətirirlər, yəni döyüşə getməkdən imtina etmələrinə haqq qazandırmaq və özlərini haqqlı çıxarmaq istəyirlər.

baxılıb: 567 dəfə