Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolunun Səkkizincisi

Həyat mübarizəsində qalib və üstün olduqda təslimçilik sülhünə razı olmamaq, mərdlik və mübarizə ruhiyyəsini əldən verməmək lazımıdr.

 

SƏKKİZİNCİ YOL
Süstlük göstərməmək, həmişə mərd olmaq və düşmənlərə təslim olmamaq.

Qurani-kərim bu surənin, yəni Muhəmməd surəsinin 35-ci ayəsində buyurur:

فَلَا تَهِنُواْ وَ تَدْعُواْ إِلىَ السَّلْمِ وَ أَنتُمُ الْأَعْلَوْنَ وَ اللَّهُ مَعَكُمْ وَ لَن يَترِكمُ‏ْ أَعْمَالَكُمْ

“Elə isə (mübarizədə) zəiflik göstərməyin, (düşmənlərə) üstün (qalib) gəldiyiniz zaman (onları sizin üçün təslimçilik və geri çəkilmə mənasına olan) sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi mükafatsız qoymaz.”

İmanları zəif və süst olan insanlar çətinliklərlərdən uzaq olmaq, maddi sahələrdə bəzi qıtlıq və embarqo ilə üzləşməkdən, eləcə də müharibə və mübarizədən uzaq olmaq üçün təslimçilik və sınmaq sülhünə boyun əymək arzusunda olurlar.
Hərçənd ki, sülh öz-özlüyündə yaxşı şeydir. Amma bu o zamandır ki, həmin sülh müsəlmanlara baş ücalığı gətirsin və müqəddəs hədəflərin qorunub saxlanmasına səbəb olsun. Sonuncu peyğəmbər həzrət Muhəmməd səllAllahu əleyhi və alihin Məkkə müşrikləri ilə bağladığı “Hüdeybiyyə” sülhü kimi.
Həmçinin o sülh yaxşıdır ki, həmin sülhün nəticəsində müsəlmanların abırı qorunsun, əzəmətləri artsın, müsəlmanların alçalmaqlarına səbəb olmasın, əksinə daha da güclənmək və inkişaf etməkdə təsirli olsun.
Ayə həmçinin, mücahidlərin və mübarizlərin ruhiyyəsinin artması üçün “Allah sizinlədir” deyə buyurur. Təbiidir ki, imanlı insanlar həqiqətən də Allah Taalanın onlarla olduğunu dərk edə bilsələr həyatın bütün sahələrində həmişə qalib və üstün olarlar.
Necə ki, İmam Hüseyn əleyhissalam buyurur:
“İlahi, o şəxsin ki, Sən varısan həmin insanın daha nəyi yoxdur?! Və o şəxsin ki, Sən yoxusan, axı onun nəyi var?!”
Bəli, Allah Taalanın razılığını və məhəbbətini qazanmış insanlar həqiqətdə ən ehtiyacsız insanlardırlar.
Amma Allah Taaladan uzaq düşmüş və Onun qəzəbinə tuş gəlmiş insanlar bütün dünya var-dövlətinə və sərvətinə malik olsalar belə aciz, ehtiyaclı və möhtacdırlar.

baxılıb: 575 dəfə