Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolunun Yeddincisi

Qurani-kərimi oxuyaraq onun ayələrinin hikmətləri barədə düşünmək

 

YEDDİNCİ YOL

Qurani-kərimi oxuyaraq onun ayələrinin hikmətləri barədə düşünmək

 

Qurani-kərim bu surənin, yəni Muhəmməd surəsinin 24-cü ayəsində buyurur:

 

أَ فَلَا يَتَدَبَّرُونَ الْقُرْءَانَ أَمْ عَلىَ‏ قُلُوبٍ أَقْفَالُهَا

 

“Onlar (həqiqəti görmək və vəzifələrini bilmək üçün) Quran barəsində düşünmürlərmi? Yoxsa onların qəlblərinə kilid vurulmuşdur?!”

 

İnsana bədbəxtlik və xəbislik gətirən əsas səbəblərdən biri də Qurani-kərim barədə düşünməkdən məhrum olmaqdır.

Düşüncədən məhrum olma iki cürdür.

Onların biri budur ki, insan Qurani-kərim barədə, xüsusilə də onun hər bir dərdə dərman olan İhahi hidayət nişanələri barədə düşünmür və fikirləşmir.

İkincisi isə budur ki, insan ayələr barədə düşünmək və fikirləşmək istəyir, amma günahlarının çoxluğu və nəfsinin istəklərinin əsiri olması ağırlıq kilidinə çevrilmiş və həmin kilid onun qəlbinə vurulmuşdur. Buna görə də həmin şəxs Qurani-kərimin ayələri barədə düşünməkdən, həqiqətləri görmək və anlamaqdan məhrum olmuşdur.

Başqa sözlə desək, mənəvi zülmətlər və qaranlıqlar içində özünü itirmiş insanın ya çırağı (nuru) yoxdur, ya da çırağı (nuru) var lakin onun gözləri kordur. Hər iki halda o şəxs düz yolu görməyəcəkdir.

Amma həm çırağı olan həm də görən gözü olan şəxs düz yolu çox asanlıqla görəcək, həqiqətləri tanıyacaq və xoşbəxtlik yolunda irəliləyəcəkdir.

Deməli, İlahi ayələr barədə düşünmək və fikirləşmək insanda bəsirət yaradır, bunun davamlı olması isə bəsirətin insanda daha da artmasına səbəb olur.

Buna əsasən Qurani-kərim hər bir imanlı insanın həyat kitabına çevrilməli, onu özlərinə örnək və nümunə qərar verməli, Quranın hər bir ayəsini və göstərişlərini təfərrüatı ilə dərindən düşünüb icra etməli, nəhayət bütün həyat sahələrini Qurani-kərimə uyğunlaşdırmalıdırlar.

Odur ki, tarixi sənədlərdə oxuyuruq ki, sonuncu peyğəmbər həzrət Muhəmmədin(s) həyat yoldaşından o həzrət barədə soruşulduqda deyib: “Peyğəmbərin(s) bütün rəftar və davranışları Quran idi. Quranın bütün ayələrini o həzrətin yaşayış və əxlaqında görmək olurdu.”

baxılıb: 567 dəfə