Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolunun Dördüncüsü

Allah Taala tərəfəndən insana bürhan və bəyyinə bəxş edilərsə həmin insan bəsirət sahibi olur.

Qurani-kərimin 47-ci Muhəmməd surəsində bəsirətli olmağın 10 yolu

DÖRDÜNCÜ YOL
Allah tərəfindən olan bürhan və dəlil əsasında əməl etmək

Allah Taala bu surənin, yəni Muhəmməd surəsinin 14-cü ayəsində buyurur:

أَ فَمَن كاَنَ عَلىَ‏ بَيِّنَةٍ مِّن رَّبِّهِ كَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَ اتَّبَعُواْ أَهْوَاءَهُم

“Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.”

Ayədə işlədilən “bəyyinə” sözü açıq dəlil mənasınadır. Yəni Allaha iman gətirən insanın qəlbinə və ağılına Allah tərəfindən açıq bir dəlil ilham edilir, həmin dəlilin vasitəsilə insan bütün həyat sirrlərini dərk edir və ilahi möcüzələrin fəlsəfəsini anlayır.
İmanlı insanlar möhkəm və qəti dəlilin ardınca olmalıdırlar, elə bir dəlil ki, onları düz yolda sabitqədəm etsin, həyatda səhv addımlar atmağa qoymasın. 
Amma qəzəb və ehtirasın təsiri altına düşən insan həqiqətdə ağlını nəfsinə tabe etdirmiş və bunun nəticəsində şeytanın pis işləri bunun üçün yaxşı kimi cilvələndirməsinə aldanmışdır. Belə bir insan Allaha məxsus olan qəlbi Onun düşməninin evinə çevirmişdir.
Bu ayə açıq aşkar bəsirətli insan ilə bəsirətdən məhrum olan insanın fərqini bizlərə göstərir. Ağıl və qəlbini Allah tərəfindən dəlil və bürhanın enmə yerinə çevirmiş insan ilə ağıl və qəlbini nəfsinə tabe etdirib şeytanın istəyi ilə yaşayan insanın fərqi hamıya aşkar olur.

baxılıb: 498 dəfə