Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolunun Üçüncüsü

Bəsirətli olmaq üçün çoxlu səyahət edin, dünyanı gəzin, tarixi yerlərə baş çəkin...

Qurani-kərimin 47-ci Muhəmməd surəsində bəsirətli olmağın 10 yolu

ÜÇÜNCÜ YOL
Dünyanı səyahət etmək və keçmişdəkilərin aqibətindən ibrət almaq.

Allah Taala bu surənin, yəni Muhəmməd surəsinin 10-cu ayəsində buyurur:

أَ فَلَمْ يَسِيرُواْ فىِ الْأَرْضِ فَيَنظُرُواْ كَيْفَ كاَنَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ  دَمَّرَ اللَّهُ عَلَيهْمْ  وَ لِلْكَافِرِينَ أَمْثَالُهَا

“Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etdi. İndiki kafirləri də buna bənzərləri (belə şeylər) gözləyir!”

Səfərə çıxmağın insanın dərk və düşüncəsinin yüksəlməsinə səbəb olması bundandır ki, insan səfərdə çoxlu müşahidələr edir və bu müşahidələr insanın məlumatlanması, onun ardınca isə onun bəsirətli olması ilə nəticələnir. İnsan səfərlərində müxtəlif mədəniyyətlər, ictimai rabitələrdə fərqli cəhətlər, insanı keçmişə aparan tarixi abidələr və sair ilə yaxından ünsiyyətdə olur. Bununla da insanın ağılı, düşüncə tərzi, rəftar və davranışları tərəqqi edir. 
Hətta insanların özlərinə seçdikləri ən yaxşı dost məhz onunla səfərə çıxdıqda tanış olduqları şəxsdir. Çünki insanın ən yaxşı tanınma yeri səfərdir. 
Deməli, səfərdə çox olmaq müxtəlif yerləri gəzib seyr etmək, insanda bəsirətin yaranmasına və inkişafına səbəb olur.

baxılıb: 505 dəfə