Quran və Əxlaq

Bəsirətli olmağın 10 yolunun İkincisi.

İnsanların Allahın dininə və Peyğəmbərə(s) kömək etmələrinin insanın bəsirətinə təsiri...

İKİNCİ YOL

Allaha və Onun Peyğəmbərinə (s) yardım etmək.

Allah Taala bu surənin, yəni Muhəmməd surəsinin 7-ci ayəsində buyurur:

 

يا أَيُّهَا الَّذينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَ يُثَبِّتْ أَقْدامَكُمْ

 

“Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (mübarizədə möhkəm, qüvvətli) edər.”

Ayədə qeyd edilmiş “O da sizə yardım  göstərər” cümləsindən məqsəq bu deyil ki, əgər siz mübarizə etsəz bütün dünyaya ağalıq və hakimlik edərsiniz, yaxud ölkələri və şəhərləri ələ keçirməklə çoxlu qənimət əldə edərsiniz. Bu cümlədə məqsədi budur ki, əgər siz Allaha kömək etsəniz bunun əvəzində Allah həyatda qalib olmaq, müvəffəqiyyət və uğur qazanmaq, eləcə də dünya və axirət xoşbəxtliyinə səbəb olan şeyləri sizə nəsib edər.

Bu nəsib edilən nemətlərin başı isə bəsirətli olmaqdır. Çünki insan bəsirətli olmazsa heç bir şeyi düzgün dəyərləndirə bilməyəcək və həmin şeyin həqiqətindən, batinindən xəbərsiz olacaqdır. Başqa sözlə desək, əgər insanın bəsirəti olmazsa o biri nemətlər həqiqi mahiyyətini itirəcəkdir.

baxılıb: 518 dəfə