Quran və Əxlaq

Birinci Qədr gecəsi

BU GECƏ 16-sı iyuldan 17-si iyula keçən gecə, yəni 18-i Ramazandan 19-u Ramazana keçən gecə BİRİNCİ QƏDR GECƏSİDİR!

Allah Taala Qurani-kərimin 97-ci Qədr surəsində buyurur:

تَنزََّلُ الْمَلَئكَةُ وَ الرُّوحُ فِيهَا بِإِذْنِ رَبهِِّم مِّن كلُِّ أَمْرٍ

"O gecə mələklər və Ruh Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər."

Deməli, Allaha Taalanın Quranda buyurduğu kimi Qədr gecəsi təyin edici bir gecədir. 
Elə isə, Qədr gecəsi bizim müqəddəratımızı həll edə bilər. 
Bu gecə sırf ölülərin günahlarının bağışlanması üçün deyildir, ölülərin və dirilərin günahlarının bağışlanması Qədr gecəsinin kiçik təsirlərindən biridir. 
Biz görürük ki, Qədr gecəsi ilə əlaqədar təşkil edilən məclislərdə əsasən Allahdan bağışlanma istənilir. 

Hamı deyir "İlahi mənim günahlarımı bağışla, İlahi bizim günahlarımızı bağışla" 
Hətta bəziləri deyilrlər: "Ey Allah, əgər bizi bağışlamayacaqsansa bəs bizi buraya niyə yığmısan?! " 
Tutaq ki, Allah Taala bizi bu gecədə bağışladı. Bəs sonra? Sabah heç birimiz günah etməyəcəyik?! Əlbəttə ki, edəcəyik.

Deməli bizim problemimiz günahların bağışlanması yox, bizim canımızdan günah etmək istəyinin yox olmasıdır, eləcə də Qədr gecəsinin əsas hədəfi bizim günahlarımızın bağışlanması deyil, əksinə bizləri günah etmək fikrindən uzaqlaşdırmaqdır.
Əsas məsələ budur ki, bu gecə bizim müqəddəratımızı təyin etsin,
Bizim düşüncəmiz tərəqqi etsin, hara yetişmək və nə istəmək lazım olduğunu bilək.
Mərifətimiz yüksəlsin, bizim nəyə daha çox ehtiyaclı olduğumuzu dərk edək.
Qəlbimizin yəqin və inamını artıraq, təki günahlardan çəkinə bilməyimiz üçün təkan olsun...
Yəni, Allah Taaladan istəyək ki, biz günah əhli olmayaq, günah etməyək. 
Nəinki hər gün dəfələrlə günah edək, dəfələrlə də Allahdan günahlarımızın bağışlanmasını istəyək...
Bax, əsas budur, günah etməyək. Günah etmək ruhiyyəmiz olmasın, günah etməklə arzumuza çatacağımızı ağlımıza belə gətirməyək, günah etməkdə ləzzətin olmadığını başa düşək, günah etməyin bizim ruhumuza nə qədər pis təsir etdiyini görək, Təqva ruhiyyəsi bizim bütün vücudumuza hakim olsun.
Belə olduqda Qədr gecəsi həqiqətən də bizim müqəddəratımzı həll etmiş olacaq.

baxılıb: 461 dəfə